Əsas səhifə / Manşet / Arıqlamağın və sağlamlığın sadə formulu
Bizi mobildən daha sürətli  izləyin

Arıqlamağın və sağlamlığın sadə formulu

hem ariqla hem de sa]lam qalDetoks suyu ilə həm artıq kilolarınızdan xilas ola bilər, həm də formada qala bilərsiniz. Detoks artıq çəkiniz olmasa belə sağlamlığınıza faydalı olan bir içkidir. Detoks eyni zamanda gün ərzində istehlak edilməli olan su ehtiyacınızı ödəyir. Bir sözlə qadinklubu.com-un təqdim etdiyi detoksdan istifadə edərək, selület, qəbizlik, artıq çəki kimi bir sıra problemlərin həllini bir içkidə tapa bilərsiniz.

Detoks suyu faydaları:

Bağırsaq sistemini təmizləyir.
Şirniyyat  istəyini azaldır.
Su ehtiyacını qarşılayır.
Toksin atmağa kömək edir.
Həddindən artıq yemək istəyini aradan qaldırır.
Enerji verərək yorğunluğu aradan qaldırır.

Detoks suyunu kimlər içə bilər?

Sağlamlığını və formasını qorumaq, kilo vermək istəyən hər kəs detoks suyu içə bilər. Əmizdirən analar, hamilələr də detoks suyunu istifadə edə bilər. Ancaq bir neçə gün içib mütləq özlərini test etməli, mənfi təsir hiss etdikləri halda imtina etməlidirlər.

Detoks suyu necə hazırlanır?

Detox suyunu hazırladıqdan sonra (içməmişdən əvvəl) ən az 5 saat gözlətmək lazımdır. Bununla da suya qarışdırılan ərzaqlardakı vitaminlər suya keçər və daha təsiredici olar.

 

Tərkibi:

1 litr su
1 ç/qaşığı alma sirkəsi
200 ml təbii mineral su
1limon və ya portağal, və ya qreypfrut
İstəyə görə təzə nanə

Hazırlanması:

Bütün sadalanları bir qabda qarışdırın.
Ən az beş saat gözlətdikdən sonra gün ərzində için.
Ac və ya tox qarına içə bilərsiniz, fərq etməz.

Detoks suyu haqqında əhəmiyyətli məlumatlar:

Təzə nanə zövqə görədir. İstifadə edilməyə də bilər.
Portağal, limon və ya qreypfrut istifadə edə bilərsiniz, damaq dadınıza görə seçə bilərsiniz.
İstədiyiniz kiloya enənə qədər hər gün detoks suyu içməlisiniz.
Formanızı  qorumaq istəyirsinizsə, bir gün arayla içə bilərsiniz.

Buna da baxın

Mədə şişkinliyinə nə kömək edir?

Whatsapp ilə PaylaşMədə şişkinliyinə nə kömək edir? Mədə şişkinliyi, köpü həyatımızı zindana çevirə biləcək bir …