Əsas səhifə / Əsas menu / Pəhriz / Arıqlamaq üçün möcüzəvi tərəvəz – RESEPTİ
Bizi mobildən daha sürətli  izləyin

Arıqlamaq üçün möcüzəvi tərəvəz – RESEPTİ

Qışda-arıqlamaq-üçün

Arıqlamaq üçün möcüzəvi tərəvəz – RESEPTİ

İdmanmı? Həblərmi? Bitki mənşəli dərmanlarmı? Hansı? Yoxsa Hamısımı?

Bu suallara əlbəttə, kimsə dəqiq bir cavab verə bilməz. Amma bu mövzunun mütəxəssisi Prof. Dr. İbrahim Saraçoğlunun təklif etdiyi reseptlərə müraciət etməkdə fayda var. Həmin reseptlərdən biri:

Resept üçün lazım olanlar: Təzə cəfəri, kələm və təzə sıxılmış limon suyu. Hər biri yerli məhsul olmalıdır. Təzə və kiçik yarpaqlı cəfəriləri seçməlisiniz. Bazardan alacağınız kələm isə iri, yaşıl sarımtıl kələm olmalıdır. Təzə tərəvəzlər alın, istixana məhsulları bu müalicə üçün uyğun deyildir. Müalicənin ümumi məqsədi toxluq hissinin yaranmasıdır. Ağ kələm ilə birgə istifadə edilən cəfəri və limon suyu sizi tox saxlayacaq. Yarım litr xlorsuz suyu qaynadın. Yaxşı olar ki, suyu buzladın, sonra buzun açıb istifadə edin. Bu daha keyfiyyətli su saylır. Kələm yarpaqlarından 4 dənəsini doğramadan, bir az parçalayaraq qaynayan suya atın. Təxminən 3 dəqiqəyə kimi zəif odda ağızı bağlı olmaqla qaynadın. 3 dəqiqə sonra əlavə olaraq, yarım dəstə təzə, yaşıl və gövdə saplı cəfəri qatın. Burada 4 ədəd kələm yarpağına 20-25 ədəd cəfəri əlavə edilməlidir. Qarışmasını və ağızı bağlı şəkildə 2 dəqiqə müddətdə qaynamasını gözləyin və soyudun. Sonra tərəvəzləri sıxaraq suyunu süzün. Alınan suyu 3 yerə bölərək, hər dəfə içdikdə içinə 2x.q limon suyu tökün. Aç qarınına, ya da yeməkdən ən az iki saat sonra içilir. Bu məhlulu hər gün hazırlamanız lazımdır.

Bu məhlulu 7 gün qəbul edin, daha sonra 3 gün ara verin. 7 gün təkrar tətbiq edin, 3 gün təkrar ara verin və son olaraq 7 gün təkrar tətbiq edərək, cəmdə 21 günə tamamlayın. Müalicəni ildə 2-3 dəfə edə bilərsiniz. Yay aylarından başlasanız, özünüzü mövsüm dəyişikliyində gümrah hiss etmənizi də təmin edərsiniz.

Buna da baxın

Bir həftəyə 5 kq arıqladan içki

Whatsapp ilə Paylaş Bu çayla qısa müddətdə ideal çəkinizə qovuşa biləcəksiniz. Bu çay bədəndəki toksinlərin …