Əsas səhifə / Əsas menu / Gözəllik / Arqan yağı istifadə etmək üçün 5 səbəb
Bizi mobildən daha sürətli  izləyin

Arqan yağı istifadə etmək üçün 5 səbəb

arqan ya];istifad'si w,wn 5 s'b'b

Arqan yağı necə əldə edilir?

Quraq ərazilərdə yetişməsi səbəbiylə ölkəmizdə olmayan, qoza bənzəyən yaşıl/sarı rəngli sərt qabıqlı meyvəsi olan argan ağacı ən çox Mərakeşdə yetişir. Toplanan arqan meyvələri qabıqlarından ayrıldıqdan sonra üyüdülərək xəmir konsistensiyasına gətirilir. Xəmir konsistensiyasında uzun müddət qarışdırıldıqdan sonra üst səthə çıxan argan yağı bir çox mövzuda bizlərə fayda təmin etməkdədir.

Qadinklubu.com  bu möcüzəvi yağdan necə istifadə edilməsi qaydasını və faydalarını sizlərlə paylaşır.

1) Arqan yağını saçlarınız üçün istifadə edə bilərsiniz

Quru saçlarınızı nəmləndirmək, qırıqları bərpa etmək və saçlarınızın daha sürətli uzanmasını təmin etmək üçün arqan yağı  istifadə edəbilərsiniz. Arqan yağını ovucun içinə tökdükdən sonra əllərinizi bir-birinə sürtərək əvvəl yağın istiləşməsini təmin edin.  Daha sonra saç diblərinizə masaj edərək yayın. Masajdan  sonrası  bir dəsmalla  saçlarınızı bağladıqdan 30 dəqiqə sonra saçlarınızı şampunlayaraq yaxşıca duruladığınızda saçlarınızdakı yumşaqlığı, parlaqlığı və canlılığı dərhal fərq edəcəksiniz.

2) Arqan yağını dırnaqlarınız üçün istifadə edə bilərsiniz

Soyuq, hərəkətlilik və bir çox ekoloji faktor səbəbiylə həm əlləriniz, həm dırnaqlarınız quruyaraq çatlaya bilər. Qırılan dırnaq quruluşuna sahibsinizsə, arqan yağından istifadə edərək dırnaqlarınızın gücləndiyini və qırılmadığını görəcəksiniz. Bunun üçün bir neçə damla arqan yağı və bir neçə damla limon suyunu ilıq su dolu bir qabda qarışdıraraq, əllərinizi 10 -15 dəqiqə bu qarışıqda saxladıqdan sonra nəmləndirici kreminizi çəkin.

3) Arqan yağını dəriniz üçün istifadə edə bilərsiniz

Arqan yağı sızanaq ləkələrinin aradan qaldırılmasına, nəmləndirici təsiri sayəsində qırışların  meydana gəlməsini gecikdirərək daha gənc və işıltılı bir görünüşə sahib olmağınıza da kömək olur. Ayrıca digər yağlardan fərqli olaraq qısa müddətdə dərinizə nüfuz edəcəyindən üzünüzə tətbiq etdikdən durulamağa ehtiyac yoxdur. Təmiz  dəriyə pambıq köməyi ilə tətbiq edin.

4) Arqan yağını bədən qulluğunda  istifadə edə bilərsiniz

Günəş şüalarından qoruyan arqan yağı, nizamlı olaraq istifadə edilərsə, hamiləlikdə bədəninizdə meydana gələ biləcək çatlaqların da qarşısını alır.

5) Arqan yağının sağlamlığınıza təsirləri

Sızanaq, yara izi, yanıq və suçiçəyi müalicəsində istifadə edildiyi bilinən arqan yağı xolestrolu balanslayan xüsusiyyəti ilə zeytun yağına bənzədilir. Ancaq faydaları zeytun yağından daha çoxdur. Amma daha çox arqan yağı gözəllikdə isitfadə edilir.

 

Buna da baxın

Saç baxımı üçün möcüzəli bitki

Whatsapp ilə PaylaşSaç baxımı üçün möcüzəli bitki Saç baxımı dedikdə son illərdə ağla ilk olaraq …