Əsas səhifə / Manşet / Artıq çəkidən xilas olmağın asan üsulları
Bizi mobildən daha sürətli  izləyin

Artıq çəkidən xilas olmağın asan üsulları

pehriz_6834c48ff5af669e54b689bce8a955b8

Xanımların əksəriyyəti artıq çəkidən şikayət edir.

Əgər arıqlamaq istəyirsinizsə maddələr mübadiləsini sürətləndirən və yağ əridən qidalar qəbul etməlisiniz. Təqdim edəcəyimiz  qidalar az müddətdə artıq çəkidən xilas olmağa kömək olur.

Düzgün qidalanmanın dəyərini anlayın. Artıq çəkidən xilas olmanın necə vacib olduğunu anlamaq üçün orqanizminizi paltaryuyan maşına, qəbul etdiyimiz qidaları isə yuyucu toza bənzədək. Lazım olandan az və ya çox yuyucu toz istifadə etdikdə çirkli paltarlar təmizlənməz. Eyni ilə lazım olduğundan çox və ya az yemək yeyəndə maddələr mübadiləsi pozular və artıq çəkidən xilas ola bilməzsiniz. Bu nümunə ilə əmin olmalısınız ki, məqsədinniz arıqlamaqdırsa, orqanizminiz üçün də faydalı olacaq məhsulları yemək vaxtı və yeməkdən sonra da normasında qəbul etməlisiniz. Ac qalaraq və ya az yeyərək artıq çəkidən xilas olmaq fikrini beyninizdən silin, çünki bu, heç vaxt işə yaramır. Lazımi qidaları müəyyən normada gün ərzində qəbul edərək gündən-günə artıq çəkinin azaldığı görəcəksiniz.

Qadınklubu.com sizə az müddətdə artıq çəkidən xilas edəcək  həmin qidaları təqdim edir.

Qatıq

qatiq

Qatıq yemək artıq çəkidən azad edir. Belə ki, qatıq tərkibindəki protein və kalsium ilə maddələr mübadiləsini sürətləndirib yağdan xilas olmağa kömək edir. Mədədə uzun müddət qalıb tox saxlayır. Qatığın içindəki faydalı bakteriyalar qarın şişməsini və qəbzliyi aradan qaldırır. Mədə narahatalıqları zamanı çox yaxşı təsir göstərir. Gündə 2 kasa – yemək vaxtı, digərini isə yeməyin yanında yeyə bilərsiniz.

Darçın

darcin

Darçınla iştahanızı azalda bilərsiniz. Yuyucu toz nümunəsinə davam edək. Lazım olduğundan çox istifadə edtikdə maşından köpüklər daşır və evə ziyan dəyir, Çox yemək yemək də həmin vəziyyətlə eynidir. İştahanız çox olduğu üçün həddindən artıq yemək yesəniz, çox kilo da yağa çevrilərək daşır və kökəlirsiniz. Amma narahat olmayın. Çünki darçın bunun çarəsidir. Darçın aclıq-toxluq hissini, qan şəkərini tənzimləyən möcüzəvi bir bitkidir. Xüsusilə? iştahanız çoxdursa iştahanı kəsir. Şəkər xəstəliyi və insulin üçün əla vasitədir. Darçınlı türk qəhvəsi hazırlayaraq şirniyyat istəyinizi və ya iştahanızı azalda bilərsiniz.

Qreyfurt

qreyfurt

Qreyfurt yeyərək artıq yağ və piyi əridə bilərsiniz. Elmdə isbat olunmuş qreyfurt şirniyyat istəyinizin də qarşısını alacaq və tox hiss etməyinizə kömək edəcək. Yeməkdən 10 dəqiqə əvvəl yarım dənə qreyfurt yeyənlərin daha tez doyduğu məlum olub. Qreyfurtun dadı sizə acı gəlirsə az əvvəl möcüsəsindən bəhs etdiyimiz darçından faydalana bilərsiniz. Necə? Qreyfurdu dilimləyin, üzərinə darçın tozu səpin və bir neçə dəqiqə gözləyin. Daha sonra yeyin.

Mineral sular

mineral sular

Mineral su artıq çəkidən xilas olmaq istəyənlərin ən böyük köməkçilərindən biridir. Çünki tərkibindəki kalsium, maqnezium kimi minerallar sayəsində maddələr mübadiləsini sürətləndirir. Bədənin daha çox kalori sərf etməsini təmin edən mineral su, az müddətdə kilolardan xilas olmağa kömək edən ən yaxşı vasitələrdən biri kimi qiymətləndirilir. Mineral suyun toxluq verici özəlliyi isə çox olan iştaha hissini tənzimləyir.

Yumurta

egg

Yumurta yeyərək yağları əridin. Yağ, artıq çəkidən bəhs ediriksə, yumurtadan yazmalıyıq. Çünki yumurta yağı əridib uzun müddət tox qalmağı təmin edən qida məhsullarındandır. Yumurtanın içindəki proteinlər, əzələləri bəsləyib lazımsız yağ hüceyrələrini vücuddən təmizləyir. Bu əvəzedilməz qidanı əzilmiş olaraq yemək daha uzun müddət toxluq hissi verir. Qeyd edək ki, 1 ədəd əzilmiş yumurta təxmini 70 kaloridir.

Su

water

Yağlardan xilas olmaq üçün su için. Paltaryuyan maşın nümunəsini yenidən davam etdirək. Yuyulan paltarlar təmiz su ilə durulanır və tərtəmiz olur. Düzgün qidaları qəbul etmək də eynilə bu prosesə bənzəyir. Arıqlamaq üçün çalışarkən,  həmçinin gün ərzində 15 stəkan su qəbul etməlisiniz. Əgər sadə suyun dadından xoşunuz gəlmirsə darçın, zəncəfil, limon, ananas, cəfəri əlavə edə bilərsiniz.

Buna da baxın

Qarşınızdakı şəxsi yola gətirməyin yolları

Whatsapp ilə Paylaş Bəzən hansısa bir fikri qarşınızdakı şəxsin də qəbul etməsini istəyirsiniz. Bu cür …