Əsas səhifə / Əsas menu / Sağlamlıq / Hamiləlik / Artıq çəkinin yaratdığı problemlər
Bizi mobildən daha sürətli  izləyin

Artıq çəkinin yaratdığı problemlər

ana korpe

Hamiləlik dövründə artıq çəki doğuş zamanı probelmlər yaradır. Məsələn həddindən artıq çəki təzyiq problemi yaradaraq körpənin vaxtından tez dünyaya gəlməsinə səbəb olur. Hamiləlikdə şəkər xəstəliyinin yaranmasına səbəb olur və böyük körpə dünyaya gəlir. Bununla bərabər doğuşdan sonra  süd verərkən problemlər yaranır. Körpədə şəkər düşür və anidən ölür. Daxili xəstəliklər üzrə prof. Ayça Kaya hamiləlikdə həddindən artıq kökəlməyin körpənin zəkasına da təsir edə biləcəyiyini qeyd edir.

Pittsburg və British Colombia Universitetləri tərəfindən bu il aparılan araşdırmada hamiləlik dövründə artıq çəkisi olan qadınlarla normal çəkisi olan hamilə qadınların körpələri 10 il müddətində izlənilir. Nəticədə hamiləlik dövründə artıq çəkisi olan qadınların uşaqlarının digərlərinə nisbətən 3,2 faizi daha aşağı İQ-ə sahib olduğu məlum olur. Həmçinin immun sisteminin də zəif olduğu bəlli olur.

Qadinklubu.com prof. Ayça Kayanın hamiləlik dövründə artıq çəkidən uzaq olamaq üçün diqqətli etməli olduğunuz bəzi informasiyalarını tqədim edir:

Paketlənmiş, istifadə müddəti uzun olan qidalardan qaçın.

Mövsümə uyğun olan meyvə və tərəvəz yeyin.

Hər yeməkdə proteini yüksək olan qidaları (yumurta, ət, balıq, üd, qatıq və.s.) yeməyin. Çünki protein toxluq hisi yaradır.

Evə hazır yeməklər sifariş etməyin. Mümkün olduqca öz yeməklərinizi özünüz bişirin.

Un məmulatlarıının tərkibində yağ və şəkərin çox olduğunu unutmayın.

Qızartmaların və yağlı yeməklərin tərkibində kalorinin çox olduğunu nəzərə alın. Yeməklərinizə əlavə etdiyiniz yağları azaldın. Məsələn 1 kq tərəvəzə 2 x.q. yağ əlavə edin.

Axşam yeməyindən sonra heç nə yeməyin.

Hər gün mütləq təzə meyvə və qatıq yeməyə vərdiş edin. Xüsusilə günorta yeməyindən sonra evdə özünüzə təzə meyvə  və qatıq ilə ləzzətli təamlar hazırlayın.

Hər gün mütləq gəzin. Xüsusilə, açıq havada bol oksigenli yerlərdə gəzməyiniz çəkinizi normada saxlmağa kömək edəcək.

Buna da baxın

Hamiləlikdə saç boyanması…

Whatsapp ilə Paylaş Hamiləlik zamanı qadınların bir çoxunda “Saçlarımı rəngləyə bilərəm?” kimi suallar yaranır. Mütəxəsislər …