Əsas səhifə / Əsas menu / Praktika / Artıq yağlardan bu hərəkətlərlə qurtulun
Bizi mobildən daha sürətli  izləyin

Artıq yağlardan bu hərəkətlərlə qurtulun

yuArtıq yağlardan bu hərəkətlərlə qurtulun

Qış boyunca bədənimizdə toplanan artıq yağları əritməyin vaxtı gəlib çatıb. Bunun üçün indı müxtəlif məsləhətlərə qulaq asmaq lazımdır.

Oksigen tutumunuzu inkişaf etdirin

Əvvəlcə təmiz havada bol- bol nəfəs alıb verərək oksigen tutumunuzu inkişaf etdirin. Məşq əsnasında doğru nəfəs mübadiləsi, hərəkətin keyfiyyətini artırır. Təmiz havada 5 dəqiqəlik nəfəs məşqi belə yazın gəldiyini içinizdə hiss etmənizi təmin edəcək ən yaxşı düsturlardan biridir.

Gündəlik həyatı aktivləşdirin; ən azından qısa məsafələrdə avtomobil istifadə etmək yerinə, gedin ya da velosipedə minin. Lift yerinə nərdivan istifadə da sadə, amma gözəl bir başlanğıc ola bilər.

Omba və qıçlarının yuxarısındakı piylərdən şikayətçi olanlar üçün

Olduğunuz yerdə, ayaqları çiyin genişliyində açıb, oturma mövqesinə gələnə qədər çöküb qalxın. Yəni şquat! Bu hərəkəti 15 dəfə təkrar edib gündə iki set edin.

Qısa qollu paltarlar bu yaz ən möhkəm dostunuz olacaq

Əllərinizə iki dənə su şüşəsi alıb, qollarınızı əvvəl qarşıya sonra yana doğru, çiyin xəttinə qədər qaldırıb endirin. Qol əzələləriniz maksimumda çalışacaq və yazın geyəcəyiniz qısa kollular sizə daha çox yaraşacaq. Bu hərəkəti 15 dəfə təkrar edib 2 set edin.

Qarın əzələsi etmək istəyənlər üçün

Kürək üstə yatın, əllərinizi boynunuzun altına yerləşdirin. Nəfəs alın və nəfəs verərkən üst bədəninizi yuxarı doğru qaldırın. Bu hərəkəti 30 dəfə təkrar edib 2 set edin.

Kürək əzələsi etmək istəyənlər üçün

Üz üstü yatın, qollarınızı önə doğru uzadın. Qollarınızı omba xəttinə doğru endirərkən eyni sırada sinənizi yuxarı doğru qaldırın. Kürək əzələləriniz nə qədər çalışarsa, özünüzü o qədər güclü hiss edəcəksiniz. Bu hərəkəti 15 dəfə təkrar edib 2 set edin.

Enerjinizi zirvəyə çatdırmaq üçün hoppanın

Olduğunuz yerdə çökün və nəfəs verərkən yuxarı doğru hoppanın. Dayanmaq yox; enerjinizi ortaya çıxarmaq qədər davam edin. Bu hərəkəti 15 dəfə təkrar edib 2 set edin.


Buna da baxın

Hər gün bir stəkan ballı su için və…

Whatsapp ilə PaylaşHər gün bir stəkan ballı su için və… Zəifləmək, özünüzü daha enerjili hiss …