Əsas səhifə / Manşet / Auranızı çirkləndirməyin, sizdə “İlahi” qüvvə var!
Bizi mobildən daha sürətli  izləyin

Auranızı çirkləndirməyin, sizdə “İlahi” qüvvə var!

ghjHər bir qadının “İlahi” ilə birbaşa rabitə kanalı var.

Müasir həyatımızda bu kanal əsasən mental və emosional münasibətlərin böyük təsiri altına düşərək çirklənir. Bu kanalın çirklənməsinə səbəb qadınların aşağıda göstərilən yanlış hərəkətləridir:

1. Paltar

Qadın gözəl və təmiz geyinməyə adət etməlidir. Lakin qadınların bir qismi çox zaman öz ehtirasını, bədəninin ayrı-ayrı hissələrini nümayiş etdirmək üçün geyinirlər. Bununla da onlar “özlərinə” şəhvətli baxışları yönəldir, buna icazə verir, nəticədə cismani və ruhi xəstəliklər yaranır. Əsl qadın gözəlliyi heç vaxt şəhvət hissi yaratmamalı, istənilən yaşda cazibə və aşiqlik hissi doğurmalıdır.

2. Ailə münasibətləri

Əgər qadın “evinin sirrini çölə çıxarırsa”, hər şeyi ətrafdakılara bildirirsə, övladları və ya əri barədə danışırsa, onda o, bununla öz gücünü, öz ailəsinin dairəsini açır. Və bu da ətrafdakıların ailəyə könüllü və ya məcburi müdaxiləsini artıraraq, ailə aurasını dağıdır. Bu barədə yalnız o şəxslərlə danışmaq olar ki, həqiqətən sizə KÖMƏK edə bilər. İlahi nemətə malik olan qadına inanmaq olar. Həmin qadın sadəcə  öz ərinə etibar etməlidir, təbii ki, əgər əri  bu barədə başqa yerdə danışmırsa.

3. Dayaq

Ərin arxasında olmağı öyrənmək lazımdır, qarşısında deyil. Əgər qadın ərindən öndədirsə, o zaman kişi birincilik hissini itirir. Qadının vəzifəsi – kişidə kişilik keyfiyyətlərini açmağa, məhəbbət və iradə harmoniyası yaratmağa kömək etməkdir.

4. Sirləri qorumaq

Qadın öz sirlərini qorumağı bacarmalıdır. Qadının öz əri qarşısında da öz gizli sirri olmalıdır. Əgər kişi qadının sirrini öyrənirsə, onun üçün marağını itirir, kişinin yanında qızarmaq olmaz. Ən yaxşısını evdə öz əriniz üçün geyinin. Kişi-qadın münasibətlərinin keyfiyyəti daha sonra əməkdaşlığa çevrilməlidir.

5. Mübarizə

Qadın kişi ilə mübarizə aparmamalıdır. Qadın kişi kimi hərəkət etməklə öz mahiyyətini dağıdır, kişi iradəsini göstərərək, özünəxsus məkanı pozur və beləliklə də yaxın kişi ilə olan münasibətlərini dağıdır. Qadın qüvvəsinin istənilən tətbiqi qanunauyğun şəkildə, istənilən kişidə dərhal özünü göstərir və bu aqressivlik yaradır. Əgər qadın kişini ürəkdən dəstəkləyirsə və hətta əgər hesab edir ki, kişi düzgün qərar qəbul edib, gələcəkdə itkilər omasına  gətirib çıxaracaqdır.

6. Qadın qüvvəsinin ifrat təzahürü

Qadın gücünə nələr xasdır? Zərifliyi və incəliyi. Artıq qadınlıq, tez-tez ağlamalar, şıltaqlıqlar onun enerji sahəsini dağıdır.

7. Mənimsəmə

Uşaqların və kişinin əvəzində qərar vermə. Qərar verməyə görə məsuliyyəti kişi öz üzərinə götürməlidir.

8. Dedi-qodu

Başqaları barədə dedi-qoduların nəticəsi öz başına bəla olacaq. Əgər kimisə qınasan, onda özün digər şər qüvvələrin təsiri altına düşərək, öz həyatına mənfini cəlb etmiş olarsan.

9. Əyri fikir və arzu

Sevgi, nəvaziş, zinət, diqqət, yaxşı tale, eqodan irəli gələn tələblərdən yaranır. Başa düşmək lazımdır ki, hər kəsin öz yolu var. Əgər siz aza qane olsanız, o zaman sizin üçün daha geniş imkanlar açılacaqdır. Kiçik uğurlara sevinsəniz, böyük uğurlar sizi təqib edəcəkdir. Taleyin sizə verdiyi yolu hədiyyə kimi qəbul etmək lazımdır. Həyata nəyi verirsinizsə, onu da alacaqsınız.

10. Kişi kimi rəftar etmək

Kişi işlərilə məşğul olmaqla qadınların gücü tükənir, dağılır və nəticədə  onların energetikası pozulur. Qadın qadın qüvvələri çərçivəsində daha güclüdür ki, bu da qadın qüvvələrinin öz mahiyyətindən irəli gəlir. Kişi belə qadına əmin olur və onu möhkəm arxa kimi qəbul edir.

11. Qadın hakimiyyəti öz əlinə alır

Qız anasından və ailədaxili münasibətlərin timsalında öyrənir. Əgər anası – hökmlüdürsə, onda qızı da hökmranlıq göstərəcək. Oğlanlarda iradə və məhəbbət tərbiyə etmək lazımdır. Onlara qərarlar qəbul etməyi və məsuliyyət daşımağı öyrətmək lazımdır. Və əgər oğlana izah edilsə, onda o, hər şeyi başa düşəcək. Ana canlı nümunədir. Ana necədirsə – qızı da elədir. Özü də nəzərə almaq lazımdır ki, uşaqlar valideynlərinin keyfiyyətlərinə malik olsalar da, bunu inadla gizlədir və tez-tez kənarda göstərirlər. Ona görə də düşünmək lazım deyil ki, əgər mənfi düşüncə və hissləri gizlətsəniz, onları heç kəs görməyəcək – uşaqlar öz hərəkətləri və sözləri ilə bunu hər zaman göstərəcəklər.
krasnodara.ru