Əsas səhifə / Əsas menu / Sağlamlıq / Alternativ tibb / Ayağın altına yapışdırın və möcüzə təsiri görün
Bizi mobildən daha sürətli  izləyin

Ayağın altına yapışdırın və möcüzə təsiri görün

 

ayaq detoxsugf
Gün ərzində yorğunluqdan sonra ayaqlardakı ağrılardan əziyyət çəkirsinizsə, evdə tətbiq edəcəyiniz adi üsulla bu ağrılardan xilas ola bilərsiniz.

Qadinklubu.com bir gecədə ağrılardan, yorğunluqdan xilas ola biləcəyiniz ayaq detoxsunu təqdim edir.

Bədənimizdə olan zəhərli mayelər limfa və qan dövranı sistemi ilə  gün içərisində təmizlənərək zərərsiz hala gətirilir. Lakin oturaraq işləyən insanlar kimi hərəkətsiz həyat tərzi keçirənlərin ayaq pəncəsində və ayaq biləklərində maye yığılır. Bu detoksla həmin ağrılardan xilas olacaqsınız.

Lazım olanlar:

  • 1 soğan
  • 3 diş sarımsaq
  • 2 stəkan su
  • Yapışqanlı tənzif
  • Corablar

Evdə Detox bezinin hazırlanması:

Orta boy soğanı və 2-3 diş sarımsağı incə-incə kəsərək, yaxşıca doğrayın.  Suyu qaynadın. Su ilıq olduqda doğradığınız soğanla sarımsağı əlavə edərək 10 dəqiqə müddətində qaynadın. 20 dəqiqə qarışımın soyumasını gözləyin. İlıq olduqda yapışqanlı tənzifin mərkəzi hissəsinə bir qədər qarışımdan əlavə edin.  Yapışqanlı tənzifin çox da sulu olmamasına diqqət edin. Tənzifin mərkəz hissəsini ayağın pəncəsinə qoyaraq yapışdırın. Daha sonra corablarınızı geyinərək yatın. Çünki, ayaq detoksu edərkən, hərəkətsiz qalmaq lazımdır. Səhər oyandığınızda bandı ayağınızdan açdığınızda çox təəccüblənəcəksiniz.

Yapışqanlı bandın rəngi qəhvəyi və  ya qara rəng alacaqdır. Çünki qan dövranın və limfa sisteminin fəaliyyətindən asılı olaraq toksinlər orqanizmdən atılır. Bandın rənginin açıq olması qan dövranın yaxşı fəaliyyət göstərir deməkdir.

 

 

Buna da baxın

Oynaq ağrılarının çarəsi

Whatsapp ilə Paylaş Oynaq, əzələ ağrılarını dərmanla deyil təbii üsullarla da azaltmaq mümkündür. Oynaq ağrılarınız …