Əsas səhifə / Əsas menu / Gözəllik / Ayaq qoxusundan xilas edən 5 çarə
Bizi mobildən daha sürətli  izləyin

Ayaq qoxusundan xilas edən 5 çarə

gh

Ayaq qoxusundan bir çoxları əziyyət çəkir.

Bu hal xüsusən də kişilər arasında daha çox yayılmış, aktual problemdir. Gün ərzində ayaqqabıda qalan ayaq istər-istəməz tərləyir və təbii ki, ayaqqabının təsirindən havasızlıq da bu prosesin inkişafına təkan verir. Bədəninizdəki yaşayan elə bakteriyalar var ki, onlar tərinizi yeyərək pis qoxan turşu istehsal edərlər. Nəticədə bizə xəcalət verən tər qoxusu ilə baş-başa qalarıq. Bu qoxudan xilas olmaq üçün ayaqların quru olması önəmlidir.

Bu problem sizin də çarəsiz hesab etdiyiniz problemlər sırasındadırsa, narahat olmayın, qadınklubu.com təklif etdiyi üsullarında sizə uyğununu tətbiq edərək bu probleminizdə yaxa qurtara bilərsiniz.

Ayaq qoxusuna qarşı duzlu su

Duz cildinizdəki nəmi azaldır. Bunun sayəsində bakteriyalar üçün əlverişsiz bir şərait yaranmış olur. Ayaqlarınızı hər gün 20 dəqiqə müddətində duzlu suda saxlasanız ayaq qoxusundan xilas ola bilərsiniz.

Ayaqlarınızı

sirkəli su

ya qoyun

Ayaqınızdakı bakteriyaları sirrkəli su vasitəsilə öldürə bilərsiniz. Sirkə də duz kimi cildinizi qurudar və bakteryiyalar üçün əlverişsiz şərait yaradar. Həftədə 1 dəfə ayaqlarınızı yarım saat müddətinə sirkəli suda saxlayın.

Ayaqlarınıza qara çay vannası tətbiq edin

Çay, antibiotik təsiriylə tanınır və bakteriyaları öldürür. Məsamələri qapayıb və tərləmənizi azaldır. Soyuq suyun içinə 2 paket qara çay salın və həftədə 1 gün yarım saat olmaq şərtilə ayaqlarınıza çay vannasını tətbiq edin.

Ayaqqabılarınızı pudralayın

Bahalı vasitələrə pul xərcləməyinizə ehtiyac yoxdur. Ayaqqabılarınızın içinə biraz qarğıdalı nişastası səpərək ayaqlarınızın tərləməsinin qarşısını ala bilərsiniz.

Pambıq corab geyinin

Pambıq corab geyinsəniz ayaqlarınız nəfəs alacaq. Bunun sayəsində tərləmənin və qoxunun qarşısını almış olarsınız.

Buna da baxın

10 gündə 10 kilo arıqladan diyet proqramı

Whatsapp ilə Paylaş Möhkəm və əzmli olmaqla qısa bir müddətdə iki bədən kiçilə bilərsiniz. Hər …