Əsas səhifə / Əsas menu / Gözəllik / Ayaqlar üçün pilinq – evdə hazırlayın
Bizi mobildən daha sürətli  izləyin

Ayaqlar üçün pilinq – evdə hazırlayın

ayaqq

Ayaq dəriniz də, digər bədən üzvləriniz kimi təmizliyə ehtiyac duyur. Qadinklubu.com bu dəfə sizə evdə ayaqlarınız üçün hazırlaya biləcəyiniz pilinq təqdim edir.

İsti suya yarım stəkan dəniz duzu, 3 dilim limon,  5-10 ədəd nanə yarpağı atın. Daha sonra ayaqlarınızı onun içində 10-15 dəqiqə müddətində gözlədin.

Ayaq skrabı üçün ləvazimatlar

3 ədəd limon

2 xörək qaşığı şəkər tozu

1 xörək qaşığı badam yağı

10-15 ədəd nanə yarpağı ( doğrasanız yaxşı olar )

Hazırlanması

Limonlari bir neçə hissəyə bölün və blenderdən keçirin. Əldə etdiyiniz kütləni digər ləvazimatlarda bir kasada qarışdırın. Daha sonra, bayaq dediyimiz kimi hazırladığınız suya saldığınız ayağınızı çıxararaq, maskanı ayaqlarınızın üzərinə dairələr şəklində tətbiq edin. Daha sonra isti, nəm bir dəsmalla pilinqi ayağınızdan təmizləyin. Son olaraq nanəli bir ayaq kremi ilə ayaqlarınızı masaj edin.

Buna da baxın

Ayaq dırnağının qalınlaşmasının səbəbləri

Whatsapp ilə Paylaş Ayaq dırnağının qalınlaşması, ayaq sağlamlığının pozulduğunun bir göstəricisi olmaqla yanaşı estetik baxımdan …