Əsas səhifə / Manşet / Ayaqlarda venaların genişlənməsi
Bizi mobildən daha sürətli  izləyin

Ayaqlarda venaların genişlənməsi

j

Uzun müddət ayaqüstə və oturmuş halda görülən iş aşağı ətraflarda qan dövranının pozulmasına səbəb olur.

Qadınklubu.com-un məlumatına görə, bədənin aşağı hissəsində əmələ gələn qan durğunluğu venaları genişləndirir və venoz düyünlər yaradır. Belə düyünlər yalnız görünüşcə deyil, ətrafların ümumi funksiyası üçün də xoşagəlməz hallar yaradır.

Venaların genişlənməsinin qarşısını almaq üçün ən vacib şərt hər gün 15-20 dəqiqə uzanaraq ayaqları gövdədən bir qədər yuxarı qaldırmaqdır. Əgər venoz düyünlər əmələ gəlibsə, onda dincəlmə 30-40 dəqiqəyədək uzadılmalı, hətta yataqda da ayaqlar bir qədər yuxarı olmalıdır.

Həftədə bir və ya iki dəfə dərman otları tökülmüş ilıq su vannaları da yaxşı təsir göstərir.

Ayaqlarında venoz düyünlər və ya kiçik qan damarlarının genişlənməsi oan qadınların qida rasionunda C və P vitaminləri üstünlük təşkil etməli, onlar çoxlu çiy tərəvəz yeməli, nikotindən istifadə etməməlidirlər. Çünki nikotin qan damarlarının elastikliyini azaldır.