Əsas səhifə / Əsas menu / Sağlamlıq / Həkim məsləhəti / Ayaqlarınızda görünən damarlar sizdə kompleks yaradır? – Həkim məsləhəti
Bizi mobildən daha sürətli  izləyin

Ayaqlarınızda görünən damarlar sizdə kompleks yaradır? – Həkim məsləhəti

Varikoz və ya variks nədir?

Varikoz, venaların genişlənməsi və şişməsinə deyilir.

Ayaqların varikoz xəstəliyi daha çox qadınlarda rast gəlinir. Həm estetik, həm də sağlamlıq cəhətdən narahatlıq yaradır.

Bu xəstəlik ayaqlarda gecə qıcolmaları, ağrı, ağırlıq hissi, qaşınma, şişkinlik yaradır və son mərhələdə sağalmayan venoz yara əmələ gətirə bilər.

Damarlarımızda varikoz xəstəliyinin ağırlığını necə bilərik?

Fleboloq-cerrah İsmayıl Əsgərov, varikozun mərhələlərini Qadinklubu.com-a izah etdi:

Ölçüləri 1 ilə 3 mm arasında olan genişlənmiş kapilyarlar varikozun 1-ci dərəcəsidir. Birinci dərəcə varikslər, xəstəyə ziyan verməz. Adətən, dəridə kənardan hiss edilmir. Bu mərhələdə daha çox görüntü problemi olur, bəzən qaşınma, sancı hissi yarada bilər.

2-ci dərəcə varikslərdə damar ölçüsü 4-5 millimetrdən çox olur. İkinci dərəcə varikoz venalar xaricdən asanlıqla nəzərə çarpır. Ağrı və qıcolmalara səbəb olur.

3-cü dərəcədə genişlənmiş venaların hesabına ayaqda şişkinlik başlayır. Məsələn, xəstənin sağ ayaq biləyi 20 sm isə, sol ayaq biləyi 25 santimetrəyə qədər çata bilər. Üçüncü mərhələ varikozlarda ağrı şikayəti daha da artır. Ayaqqabı geyinməkdə çətinliklər başlayır.

4-cü mərhələdə genişlənmiş damarlar ayaq biləyi çevrəsində, ən çox da iç topuq nahiyəsində dəridə qonur rəngdə tündləşməyə səbəb olur.

5-ci dərəcə varikoz, 6 və 4-cü mərhələnin arasında bir yerdədir. Sağalmış yaranı ifadə edir.

6-ci mərhələyə qədər irəliləmiş xəstəlik hesabına, artıq ayaq biləyində yaralar əmələ gəlir.

Ən sadə və çox yayılmış varikozlar telangiektaziya, retikulyar venalar dediyimiz kapilyar genişlənmələrdir. Ən ağır varikozlar isə ayaq biləyi ətrafında yaraya səbəb olan venalardı.

Bundan başqa, bəzən tromboflebit, damarın partlaması hesabına qanaxma kimi fəsadlar yarana bilər.

Varikoz xəstəliyi zamanı dəqiq diaqnoz necə qoyulur?

Fleboloq tərəfindən xəstəyə, damarların qanla daha çox şişdiyi vəziyyətdə, yəni ayaq üstü pozisiyada rəngli venoz doppler müayinə etməklə diaqnoz qoyulur. Doppler, hamilələrdə belə rahatlıqla tətbiq ədilən, tamamilə zərərsiz, ağrısız müayinə üsuludur. Bu zaman venalarda qapaqların bağlanma vəziyyəti, daxilində trombun olub-olmadığı, qanın axın istiqaməti və sürəti bəlli olur.

İsmayıl doktor, varikoz şübhəsi varsa, həkimə nə vaxt müraciət etmək lazımdır?

Varikoz xəstəliyinə dair hər hansı əlamət varsa, bu kiçik sahədə kapilyar genişlənməsi belə olsa, öncə rəngli venoz doppler edib səbəb araşdırılmalıdır. Bəzən, ən çox da doğmamış və ya 1 hamiləlik keçirtmiş gənc xanımlarda magistral – ana venalar problemli olduğu halda, sadəcə kapilyar genişlənməsi hesab oluna bilər. Bu isə sonrakı vaxtlarda xəstəliyin irəliləməsinə gətirib çıxarır.

Buna da baxın

Varikozdan qorunmaq üçün bunları yeyin

Whatsapp ilə Paylaş   Varikoz xəstəliyi ayaqlarda damar ulduzcuqlarının, şişmiş damarların, trombların, xoraların inkişafına səbəb …