Əsas səhifə / Əsas menu / Dəb / Ayaqlarınızın daha uzun görünməsi üçün bunları edin
Bizi mobildən daha sürətli  izləyin

Ayaqlarınızın daha uzun görünməsi üçün bunları edin

ayaqqq
Ayaqlarınızı istədiyiniz uzunluqda olmaya bilər. Siz manikenlər kimi uzun olmaya bilərsiniz. Lakin, bu həyatın sonu deyil. Ayaq boyunuz uzun deyilsə belə, siz bir neçə hiylə ilə onu olduğunundan uzun göstərə bilərsiniz. Qadinklubu.com bunun üçün sizə bir neçə üsul təqdim edir:

1. Beli hündür olan şalvarlara üstünlük verin.
Uzun illərdir moda səhnələrində yer alan qısabelli şalvarların yerini artıq uzun boylu şalvarlar alıb. Buna ən çox balaca boylu olduğunu düşünən qadınlar sevinməlidirlər. Beldə başlanan və aşağıya qədər uzanan şalvarlar sizi olduğunuzdan daha uzun göstərəcək.

2. Ayaqlarınızı gizlətməyin.

Əgər mini ətəklər və ya şortlar geyinsəniz, ayaqlarınız daha incə və uzun görünəcəkdir.

3. Tək rəng seçin.

Təpədən dırnağa qədər eyni rəng geyinmək və ya eyni rəngin fərqli tonlarını istifadə etmək sizin daha uzun görünməyinizə şərait yaradacaq. Müxtəlif rənglər isə sizin bədəniniz bir neçə hissəyə bölərək olduğunuzdan da qısa göstərir.

4. Doğru şalvarı seçin.

Enli paça şalvarlar alın. Belə şalvar sizin qısa ayaqlarınızı gizlədəcək. Qısa şalvarlar qətiyyən sizə görə deyil. Çalışın, ayaqqabılarınızı da ötərəcək uzunluqda olan enli paça şalvarlar geyinəsiniz. Lakin, çəki probleminiz varsa, bu, sizdə bir o qədər də gözəl görünməyəcək.

5. Uzununa zolaqlı paltarlar geyinin.

Enli zolaqlı geyimlər hər zaman insanı olduğundan kilolu və qısa göstərir. Lakin, uzununa xətli paltarlar sizi incə və zərif göstərəcək.

6. Ayaqqabı seçimi önəmlidir.

Biləkdən bağlanan ayaqqabılar ayaqları kəsir və daha qısa göstərir. Belə ayaqqabılardan qaçın.

Buna da baxın

Rahatlığı sevənlərin seçimi

Whatsapp ilə Paylaş Qadın və ya kişi fərq etməz, hər birimiz günümüzü müəyyən paltar qəliblərinin içində …