Əsas səhifə / Əsas menu / Xəbər / Aygün Kazımova nişanını qaytardı
Bizi mobildən daha sürətli  izləyin

Aygün Kazımova nişanını qaytardı

Aygün Kazımova nişanını qaytardı

1413807837

Ötən həftə nişanlandığını elan edən Aygün Kazımova nişanlısından ayrılıb.Bu barədə 106.3 FM-də DJ Kazım Sübhan danışıb. O, bildirib ki, xalq artisti depressiyaya düşüb:

“Sevgilimdən ayrılmışam. Anladım ki, sevgi mənlik deyil, alınmır. Yenə də özümü ələ alıb, ayağa qalxacağam, çox belə çətinliyin öhdəsindən gəlmişəm”- bu sözləri xalq artisti Kazım Sübhana telefonla danışan zaman deyib.
Qeyd edək ki, Aygün Kazımova bir müddət öncə Fikrət adlı gənclə eşq yaşadığını bildirmişdi. Onlar İstanbulda tanış olmuşdu. Aygün iddia edirdi ki, onun pərəstişkarı olan Fikrət hətta ona evlənmə təklifi də edib. Müğənni yeni “Mən sənə xəstəyəm” adlı mahnısını da sevdiyi şəxsə həsr etmişdi. Ötən həftəsonu isə Aygün Kazımova “İndtagram” bloqunda üzük paylaşaraq, Fikrətlə nişanlandıqlarını bildirmişdi.


Buna da baxın

Aygün Kazımovanın qızının sevgilisi kimdir? – Fotolar

Whatsapp ilə PaylaşAygün Kazımovanın qızının sevgilisi kimdir – Fotolar Xalq artisti Aygün Kazımovanın qızı müğənni …