Əsas səhifə / Əsas menu / Xəbər / Aygün Tarkanla birlikdə çalışacaq
Bizi mobildən daha sürətli  izləyin

Aygün Tarkanla birlikdə çalışacaq

Aygün Tarkanla birlikdə çalışacaq

aygun kazimoasdfgh

Xalq artisti Aygün Kazımova yeni işləyəcəyi şirkətin adını açıqlayıb.

Müğənni “Atv maqazin” verilişinə açıqlamasında Türkiyənin məşhur DMC şirkəti ilə müqavilə imzaladığını bildirb.

Bundan sonra xalq artisti bütün yeniliklərini həmin şirkətin tərkibində reallaşdıracaq:

“Artıq “DMC” şirkəti ilə müqavilə imzalandı. Bu şirkətdə Ajda Pekkan, Tarkan, Sezen Aksu kimi məşhurlar var. Nəhayət ki, mən də qazanacam. Amma yenə də qazandığımı layihələrimə xərcləyəcəm”.

Qeyd edək ki, A.Kazımova Türkiyədə “Dokkuz-səkkiz” musiqi şirkəti ilə müqavilə bağlamışdı. Müqavilənin vaxtı bitdikdən sonra müğənni “Pol production”la işbirliyinə başladığını bəyan etmişdi. Sonradan isə o, həmin şirkətlə yollarını ayırdığını deyib.


Axşam.az

Buna da baxın

Aygün Kazımovanın qızının sevgilisi kimdir? – Fotolar

Whatsapp ilə PaylaşAygün Kazımovanın qızının sevgilisi kimdir – Fotolar Xalq artisti Aygün Kazımovanın qızı müğənni …