Əsas səhifə / Əsas menu / Ailə / Ayrılıqdan sonra edilən 4 səhv
Bizi mobildən daha sürətli  izləyin

Ayrılıqdan sonra edilən 4 səhv

k

Sevgilinizlə ayrılmaq, onsuz həyatınızda açmalı olduğunuz yeni səhifə sizi incidə bilər.

Bu hissi hərkəs bir cür yaşayır. Güclü xarakterə sahib olanlar da var, zəif olanlar da . Bu mərhələni keçmək, mütəxəssislər tərəfindən tövsiyə edilən məlumatlarla tanışlıqdan sonra daha da asanlaşa bilər. Ayrılıqdan sonra qadınların etdiyi səhvləri mütəxəssislər sistemləşdirərək, bu mərhələni rahat keçirə bilmək üçün, çox vaxt edilən səhvləri təkrarlamaqdan uzaq olmağı məsləhət bilirlər. Qadınklubu.com həmin yalnış davranışları diqqətinizə çatdırır.

1. Ayrılıqdan sonra keçmiş sevgilinizlə qarşılaşmaq üçün səy göstərmək

Ayrıldığınız sevgilinizlə son bir dəfə danışmaq üçün görüşmək istəyiniz yalnışdır. Hər şeydən əvvəl, onun sizinlə qarşılaşdığında necə davranacağını bilmirsiniz. Sizi çoxdan unudaraq həyatına davam etmiş ola bilər. Və bunu görməyiniz, şahid olmağınız sizi bir daha incidəcək. Çox təəssüf ki, ayrılıq- xüsusən də əgər siz tərəfdən qərar verilməyibsə, çox pis bir vərdişi tərgitmək kimidir. Ayrılğın ilk günlərində onsuz yaşaya bilməyəcəyinizi düşünə bilərsiniz. Amma heç də belə deyil. Sizin ondan asılı olmadığınızı bilsəniz, duyğularınızda bu sizə çox kömək edəcək. Onunla əlaqələrin tamamilə kəsilməsi sizə daha yaxşı təsir edəcək. Onu nə qədər çox müddət görməsəniz, ürəyinizdəki yeri boşalacaq. Zaman sizin xeyirinizə işləyəcək. Yox əgər qısa bir müddətdən sonra görsəniz, yenidən duyğularınız başa dönəcək və ayrılığın əvvəlindəki duyğuları təkrar yaşayacaqsınız.

2. Bu mərhələni yalnız keçirməyə çalışmaq

Artıq sevgiliniz və ya həyat yoldaşınız olmaya bilər, amma sizi sevən dostlarınız və ailəniz hələ də var. Ona görədə həyata küsməyin. Duyğularınızı hisslərinizi onlarla paylaşın. Belə olan təqdirdə depressiyaya düşmək ehtimalınız az olmaqla yanaşı, eyni zamanda onu daha tez unutmağınıza da kömək edəcək.

3. Hər şeyə görə keçmiş sevgilinizi günahkar bilmək

Bütün günahı onun üzərinə atmaq, onun bütün pis tərəflərini sadalamaq sizə özünüzü yaxşı hiss etdirə bilər, amma bunlar sizin şəxsi keyfiyyətləriniz və özünüzün də etdikləriniz səhvləri görməyinizə mane olacaq.

4. Daim ayrılığınız haqqında düşünmək

Bütün yaşananları nəzərdən keçirmək yaxşıdır, amma bunun uzun bir zaman alaraq daimi olmamamsına diqqət yetirin. Nə vaxt fikirləriniz keçmiş sevgilinzlə yaşadıqlarınızı xatırlamağa yönəlsə, beynini başqa istiqamətə yönləndirə biləcək məşğuliyyətlət tapmağa səy göstərin.

Buna da baxın

Röya məmurlardan birinin oğlu ilə sevgi yaşayır

Whatsapp ilə PaylaşRöya məmurlardan birinin oğlu ilə sevgi yaşayır Azərbaycanın məşhur pop müğənnisi Röya Ayxanın …