Əsas səhifə / Əsas menu / Xəbər / Aytən Səfərova Aygündən üzr istədi-video
Bizi mobildən daha sürətli  izləyin

Aytən Səfərova Aygündən üzr istədi-video

Aytən Səfərova Aygündən üzr istədi-video

28697_eid17xu2ze

ANS-in aparıcısı Aytən Səfərova bu gün “Salam Azərbaycan” verilişində xalq artisti Aygün Kazımovadan üzr istəyib. O, ötən gün efirdə oxuduğu “Aygün Kazımova Türkiyədəki evində fahişəxana açıb” xəbərinə aydınlıq gətirib: “Türkiyə mətbuatında Ramazzonun Aygün Kazımova ilə şəkli qoyulmuşdu və xəbər yazılmışdı. Azərbaycanda və sosial şəbəkələrdə bu məsələni Aygün Kazımova ilə bağlayıblar. Biz də yanlışlığa yol vermişik. Bu məsələyə görə Aygün Kazımovadan üzr istəyirəm. Bəzi Türkiyəyə gedib-gələn, əli ətəyindən uzun müğənnilərdən fərqli olaraq, Aygün xanım orada tanınır. Oranın yerli şou-biznesində olanlarla münasibəti var, əməkdaşlıq edir. Demək istəyirəm ki, məlumatda olduğu məsələ ilə bağlı müğənnimizin heç bir əlaqəsi yoxdur. Burada söhbət yalnız onun yanındakı stilistdən gedirmiş. Ancaq qəzetdə Aygün Kazımovanın bu şəklindən istifadə ediblər. Bəzən informasiya yayanda onun içindəki məlumatlara diqqətlə nəzər yetirmək lazımdır ki, yanlışlıq olmasın”.

Qeyd edək ki, ötən gün Aytən Səfərova aparıcılığını etdiyi “Salam Azərbaycan” verilişində xalq artisti ilə bağlı xəbər yaymışdı. Məlumatda Aygün Kazımovanın Türkiyədəki evində stilist Anar Malikin model adı ilə gətirdiyi qızları 1000 dollar müqabilində zənginlərə təklif olunduğu iddia edilirdi.


Buna da baxın

Anası kimi qızı da yavaş-yavaş soyunur – FOTO

Whatsapp ilə PaylaşAnası kimi qızı da yavaş-yavaş soyunur – FOTO Xalq artisti Aygün Kazımovanın qızı …