Əsas səhifə / Əsas menu / Şou-biznes / Aytac Bərdəlinin “Instaqram”dakı şousu
Bizi mobildən daha sürətli  izləyin

Aytac Bərdəlinin “Instaqram”dakı şousu

qarAytac Bərdəlinin “Instaqram”dakı şousu

Maşallah, artıq məşhurlarımızın çoxu sosial şəbəkələrdə var və fanatları ilə daha yaxın olublar. Lakin bəziləri bu sosial şəbəkələrdən nə üçün istifadə edir, bunu bilmək olmur. Biri geyimini, hal-hazırda olduğu yeri paylaşır, biri fanatları ilə yeni mahnılarını paylaşır. Bəziləri də var ki, sosial şəbəkələrdə, özünə aid olduğu profildə, məsələn “İnstaqram”da nəyi var söyüş söyür. İndi bir sual meydana gəlir? Kimin nəyinə lazımdır bu yazı? Rəhmətlik Vidadi Bərdəlinin qızı olan, şou –biznesdə Aytac Bərdəli kimi tanınan sənətçinin profilinə təsadüfən nəzər yetirdim. Kaş yetirməz olardım. Səhifədə xanım müğənninin onun ünvanına olan tənqidlərə verdiyi cavabı görüb, şoka düşdüm. Küçədə söyülən söyüşlər xanımın dilinin əzbəri idi. Dərhal “Screen” edib, bu barədə yazı yazacağıma söz verdim. Birincisi, düşünmək lazımdır ki, sənətçi aid olduğu ölkənin mədəniyyətini təmsil edir. Sözsüz ki, bu mədəniyyət sənət adamında varsa… Yoxdursa, danışmaqda boş şeydir. Sosail şəbəkə istifadəçisisənsə, hələ də ki, tanınmış insansansa, yazına, atdığın şəkillərə də fikir vermək məcburiyyətindəsən. Yox əgər yazdığın heç nəyi düşünmürsənsə, xalqın gözü tərəzidir deyiblər, o tərəzidə çəkini də yüngülləşdirməyi bacarmalısan. Əks halda, elə qalxdığın kimi düşməyi də bilməlisən. Arada baxıb, düşünürəm ki, gör bizim mədəniyyətimiz kimlərin əlindədir? Bizi xarici ölkələrdə kimlər təmsil edir? Və xalq öz toy-düyününə kimləri çağırır? Kimləri oxutdurur? Düşünürəm ki, düşünməyə dəyər. Nəzərə alsaqki, bu gün Beynəlxalq Mədəniyyət günüdür. Kaşki hər zaman insanlar bir-birlərinə qarşı mədəniyyətli olsun.. Bir misal var el arasında.. Kişi olan kəs kişi olub qadın cildinə girməz..Qadın olan kəs abır həyasını itə atmaz!

 

 

aty


Buna da baxın

12 saatda bağırsaqlardakı bütün qurdları tökən KÜR

Whatsapp ilə Paylaş Portağal qabığının səhiyyə baxımından faydaları çox az bilinir. Portağal qabığında olan C …