Əsas səhifə / Əsas menu / Xəbər / Azərbaycanda ana adına namizədlərə xoş xəbər
Bizi mobildən daha sürətli  izləyin

Azərbaycanda ana adına namizədlərə xoş xəbər

azAzərbaycanda ana adına namizədlərə xoş xəbər

Azərbaycanda doğuşa qədərki hamiləlik müddəti ilə doğuşdan sonrakı hamiləlik müddətinin hər ikisini 70 günə çatdırmaq təklif olunur.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev bildirib ki, parlamentin yaz sessiyası zamanı bu məsələni gündəmə gətirəcək.

Təklifin işləyən qadınların sosial müdafiəsinin gücləndirilməsinə yönəldiyini deyən millət vəkili qeyd edib ki, bununla bağlı Əmək Məcəlləsinə əlavə və dəyişiklik etmək lazımdır:

“Bilirsiniz ki, indi Azərbaycanda doğuşa qədərki müddət 70 gün, doğuşdan sonrakı müddət isə 56 gündür. Belə təklif var ki, ümumilikdə bu müddəti 140 günə çatdıraq. Bu məsələni qaldıracağam. Əgər Maliyyə Nazirliyi tərəfindən ciddi problemlə qarşılaşmasa, bu məsələni də aktuallaşdırmağın məqamı çatıb”.


Buna da baxın

Evinizdəki bu alətlər sonsuzluğa səbəb olur

Whatsapp ilə Paylaş Uşaq sahibi olmamağınıza səbəb evinizdə istifadə etdiyiniz texniki avadanlıqlar ola bilər. Ayrı-ayrılıqda …