Əsas səhifə / Əsas menu / Xəbər / Azərbaycanda Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
Bizi mobildən daha sürətli  izləyin

Azərbaycanda Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb

Qanvermə aksiyası keçirlir – Aşura

Azərbaycanda Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb

Azərbaycanda Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb

AzNews.az-ın məlumatına görə, qanvermə aksiyası Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi ilə keçirilir. Aksiyaya könüllü qanvermək istəyənlər qatılır.

Qanvermə aksiyası 14 məkanda həyata keçirilir. Toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq:

1. Yasamal rayonu – Təzə Pir məscidi
2. Yasamal rayonu – Hacı Soltanəli məscidi
3. Səbail rayonu – Bibiheybət ziyarətgah məscidi
4. Səbail rayonu – İçərişəhər Cümə məscidi
5. Suraxanı rayonu – Qaraçuxur məscidi
6. Xəzər rayonu – Mir Mövsüm ağa ziyarətgah məscidi
7. Nizami rayonu – Keşlə qəsəbə məscidi
8. Sumqayıt şəhəri – Cümə məscidi
9. Gəncə şəhəri – İmamzadə ziyarətgah məscidi
10. Mingəçevir şəhəri – Heydər məscidi
11. Şəki şəhəri – Cümə məscidi
12. Lənkəran şəhəri – Böyük bazar məscidi
13. Bərdə şəhəri – Cümə məscidi
14. Nəsimi rayonu – Hacı Əjdərbəy məscidi.

QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə də aksiyaya qatılacaq.
Aşura mərasimi ilə bağlı bu gün səhər saatlarından başlayaraq Bakı şəhərində yerləşən məcsidlər və onlara bitişik olan yollar istiqamətində avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Dövlət Yol Polisi məscidlərdəki mərasimlərdə iştirak etmək istəyənlərə ictimai nəqliyyat vasitələrinin köməyindən istifadə etmək məsləhət görülür.


Buna da baxın

Dırnaq yemək vərdişinin Səbəbləri və həlli

Whatsapp ilə Paylaş Ümumiyyətlə uşaqlarda 3-4 yaşlarından etibarən görülə bilən dırnaq yemə davranışı, yetkin insanlarda …