Əsas səhifə / Əsas menu / Xəbər / Azərbaycanın “Türkvision”dakı təmsilçisi bəlli olur
Bizi mobildən daha sürətli  izləyin

Azərbaycanın “Türkvision”dakı təmsilçisi bəlli olur

Azərbaycanın “Türkvision”dakı təmsilçisi bəlli olur

Azərbaycanın “Türkvision”dakı təmsilçisi bəlli olur

“Türkvision” mahnı müsabiqəsinin seçim turları artıq başa çatıb.

İştirakçılar bir mənzilə toplaşaraq hazırlıq prosesi keçiblər. Onlara “Eurovision” təmsilçilərimiz Eldar Qasımov, Fərid Məmmədov və Samir Cavadzadə dərs keçib. “Türkvision” müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının adı bu gün bəlli olacaq. Gənc Tamaşaçılar Teatrında baş tutacaq gecənin aparıcıları Afaq Gəncəli, Samir Bayramlı və Rüfət Ağayevdir.

Qeyd edək ki, müsabiqənin finalı 18-21 dekabr tarixində Türkiyədə baş tutacaq. “Türkvision”nun Azərbaycanda rəsmi yayım hüququ ATV telekanalına məxsusdur.



Axşam.az