Əsas səhifə / Əsas menu / Xəbər / Azərbaycanlı cindar – VİDEO
Bizi mobildən daha sürətli  izləyin

Azərbaycanlı cindar – VİDEO

Azərbaycanlı cindar – VİDEO

Azərbaycanlı cindar

Vüsal Mərdinli xəstənin daxilindəki şeytanı Allahdan qorxmağa çağırır.

YouTube sosial şəbəkəsində Azərbaycanda çəkilmiş və ekzorsistin fəaliyyətinin əks olunduğu video yerləşdirilib.

Vüsal Mərdinli olduğu və “cindar” – cinləri qovan kimi fəaliyyət göstərdiyi bildirilən şəxs yerdə uzadılmış “xəstənin” başı üzərinə çökərək, onunla, daha doğrusu onun daxilində olan pis ruhla danışır.

Bu zaman həmin “cindar” yerdə uzanmış şəxsin daxilindəki “şeytanın” adını soruşur, Qurandan sitatlar gətirir, onu Allaha itaət etməyə, gənci rahat buraxmağa çağırır.

Artıq şərhə ehtiyac olmadığını düşünərək, sizləri bu video ilə tanış olmağa dəvət edirik.

Qeyd edək ki, ekzorsizm – pis ruhların və digər qeyri-təbii varlıqların dinin müəyyənləşdirdiyi dualar, ayinlərin vasitəsilə xəstənin bədənindən qovulmasıdır. Ekzorsizmin tarixi qədimdir və bir çox dinlərdə etiqad sisteminin tərkibinə daxildir. Müasir tibb insanın bənzər şəkilə düşməsini bəd ruhla deyil, psixiki pozğunluqla yaxud da diqqəti özünə cəlb etməklə əlaqələndirir, ekzorsizm yolu ilə sağlamanı isə özünətəlqin hesab edirlər.

İslam dinində ekzorsizmə “cinlərin qovulması” deyilir.



Oxu.Az