Əsas səhifə / Əsas menu / Sağlamlıq / Bədən və ruh sağlığına faydalı olan yağlar hansıdı? – SİYAHI
Bizi mobildən daha sürətli  izləyin

Bədən və ruh sağlığına faydalı olan yağlar hansıdı? – SİYAHI

sQoxuların sehrli dünyasına baş çəkməyə nə deyirsiniz?

Bədən və ruh sağlamlığı sahəsində təsirləri olan və aromasına görə istifadə edilən yağlarla evinizi hüzur dolu bir SPA mərkəzinə dönüşdürə bilərsiniz.

Berqamot yağı

Berqamot yağının rahatladan təsiri yorğunluğu atır, stressi azaldır. Özünüzü kefsiz, əhvalsız hiss etdiyinizdə əhvalınızı yüksəldir və xəyal qırıqlığını üzərinizdən götürür.

Eyni zamanda immunitet sistemini də gücləndirir.

Hind qozu yağı

Həzmi rahatladır, ürəkbulanma və qusmanı yox edir. Fiziki yorğunluğu aradan qaldırır.

Lavanda yağı

Ağrıkəsici və mikrob yox edici keyfiyyəti olan lavanda dəri problemlərinə də faydalıdır.

Yuxu problemi çəkənlər üçün bir həll yoludur.

Limon yağı

Antiseptik olan və bakteriya inkişafına əngəl olan limon ilə enerjinizi yüksəldə bilərsiniz. Dərini gözəlləşdirən limon yağı sızanaqları da müalicə edir. Limon yağı eyni zamanda boğaz ağrısına da faydalıdır.

Nanə yağı

Mədə bulantısına çox faydası olan nanə yağı həzmi rahatladıb, köpü yox edir. Sinusit və baş ağrısına da faydalıdır.

Çobanyastığı yağı

Özünüzü həm ruhən, həm fiziki cəhətdən rahatlatmaq istəyirsinizsə, çobanyastığı yağı yardımınıza yetişə bilər. İsteriya, depressiya, qorxu kimi hallarda sakitləşdirici təsiri olan bu yağ diş xəstəliklərinin müalicəsində də istifadə edilə bilər.

Portağal yağı dəridə meydana gələn sızanaqları qurudur. Mədə narahatlığını müalicə edib, həzmi rahatladır.

Buna da baxın

Dəniz duzu peeling ilə gözəlləşin

Whatsapp ilə PaylaşDəniz duzu peeling ilə gözəlləşin Peeling ölü hüceyrələri yox edərək hüceyrə yenilənməsini reallaşdırılmış …