Əsas səhifə / Əsas menu / Xəbər / Bədən yaşınızı ölçün
Bizi mobildən daha sürətli  izləyin

Bədən yaşınızı ölçün

biBədən yaşınızı ölçün

İngilis elm adamları, insanın gerçək bədən yaşının fiziki sağlamlıq göstəriciləri ilə hesablana biləcəini düşünür.

Yaşlanma Mütəxəssisi Prof. Robert Weale, bioloji yaşın təqvim yaşından daha çox ola biləcəyini ifadə etdi. Daily Mirror qəzeti də, bioloji yaşı hesablama testi nümayiş etdi.

Dəri elastikliyi

Dəri yaşlandıqca, kolajen və elastin maddələri azalır və elastikliyini itirir. Əlinizin üzərindəki dərini çimdiklə tutaraq çəkin və bir dəqiqə bu şəkildə tutun. Dərini buraxdığınızda təkrar normal, düz hala gəlməsi nə qədər zaman alır?

1 – 2 saniyə: 30-lu yaşlar
3 – 4 saniyə: 40-lı yaşlar
5 – 10 saniyə: 50-li yaşlar
11 – 30 saniyə: 60-lı yaşlar
31 – 45 saniyə: 70-li yaşlar
45 saniyənin üzərində: 80-lı yaşlarda

Tarazlıq

Sağ ayağınızı 45 dərəcə əyik halda tutaraq sol ayağınızın üzərində durun, əllərinizi də ombanızın üzərinə qoyun və gözlərinizi bağlayın. Tarazlığınızı itirib sağ ayağınızı yerə qoymadan nə qədər durabiləcəyinizi ölçün. Bu hərəkəti bir neçə dəqiqə arayla 3 dəfə təkrarlayın və bu şəkildə ortalama nə qədər durabildiyinizi hesablayın.

70 saniyədən çox: 20li yaşlar
60 – 69 saniyə: 30lu yaşlar
50 – 59 saniyə: 40lı yaşlar
40 – 49 saniyə: 50 yaşlar
30 – 39 saniyə: 60 yaşlar
20 – 29 saniyə: 70 yaşlar
19 saniyədən az: 80 yaşlarda.


Buna da baxın

4 saata yaranı sağaldır – Unikal metod!

Whatsapp ilə Paylaş Ballı nanə insan sağlamlığı üçün ən faydalı bitkilərdən biridir. Ballı nanənin faydalı …