Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Badımcan mürəbbəsi
Bizi mobildən daha sürətli  izləyin

Badımcan mürəbbəsi

patlıcan-reçeli

Badımcan mürəbbəsi

Tərkibi:

Təmizlənmiş badımcan — 1 kq
Şəkər tozu — 1,5 kq
Limon duzu — 1,5 q
Vanilin — 0,5 q

Hazırlanması:

Mürəbbə bişirmək üçün 3-4 günlük xırda badımcanlar götürülür. Saplağı kəsilir, qabığı soyulur və 5-6 saat soda məhlulunda saxlanılır.
Sonra badımcanlar yuyulur, bir neçə yerdən deşilir, üzərinə qaynar şərbət tökülüb 8-10 saat saxlanılır.

İkinci gün şərbət süzülür, qaynadılır və badımcanların üstünə tökülür.

Üçüncü gün əməliyyat təkrar edilir və 6-8 dəqiqə badımcanlar şərbətdə bişirilir.

Dördüncü gün isə mürəbbə hazır olana kimi bişirilir, limon duzu və vanilin əlavə olunur.

Buna da baxın

Yaxşı mürəbbə bişirmək üçün bunları edin

Whatsapp ilə Paylaş Mürəbbələr gözəl olması, bir müddət sonra şəkərlənməməsinə yalnız ölçülərinin yaxşı nizamlanması ilə …