Əsas səhifə / Manşet / Badımcandan hazırlanan pizza
Bizi mobildən daha sürətli  izləyin

Badımcandan hazırlanan pizza

h

Badımcanların qabıqları soyulmadan istifadə edilir. Əvvəlcədən dilimlədiyiniz badımcanları qaralmaması üçün duzlu suda saxlayın.

Tərkibi:

2 ədəd orta boy bostan badımcanə (və ya böyük boy yumur badımcan)

1 ədəd orta boy yaşıl bolqar bibəri

4 ədəd sosiska

1 stəkan rəndələnilmiş kaşar pendiri (arzuya görə mozzarella)

4 yemək qaşığı zeytun yağı

1/4 çay qaşığı duz

1/2 çay qaşığı kəklik

Pomidor sousu üçün:

2 ədəd orta boy pomidor (ətli və sulu)
2 yemək qaşığı zeytun yağı
1/2 çay qaşığı bibər tomatı
2 diş sarımsaq
1/2 çay qaşığı üzüm sirkəsi
1 çay qaşığı toz şəkər
1/2 çay qaşığı duz

Hazırlanması:

Uc qisimlərini kəsdiyiniz badımcanları halqa-halqa dilimləyin. Soba nimçəsinə düzdüyünüz badımcanların üzərinə zeytun yağı çəkib duz və kəklikotu səpin. 200 dərəcə sobada, yüngül bir rəng alana qədər bişirin.

Pomidor sousunun hazırlanması:

Ortadan ikiyə kəsdiyiniz pomidorları rəndənin incə tərəfi ilə rəndələyin. Sarımsağın bir adədini kiçik parçalar halında doğrayın, bir ədədini isə bütöv olaraq saxlayın.

Zeytun yağını geniş bir tavada qızdırın. Bütöv halda saxladığınız sarımsaqları qızdırılmış yağda 1 dəqiqə suyu yağa çıxıana qədər qızardın. Rəndələnmiş pomidor və bibər tomatını əlavə edib qarışdırın. Doğranmış sarımsaqları əlavə edib asta atəşdə bişirməyə davam edin. Sosu toz şəkər, duz, qara bibər və təzə rozmarin ilə dadlandırın.

Son olaraq üzüm sirkəsi əlavə edib 2 dəqiqə qədər bişirib sosu ocaqdan götürün.

Bibərləridə badımcan formasında, halqa-halqa doğrayın. Sosiskaları incə-incə dilimləyin.

Sobadan çıxardığınız badımcan dilimləri üzərinə hazırladığınız pomidor sosun çəkib bir az sobada saxlayın

Rəndələnmiş kaşar pendiri, yaşıl bibər halqaları və dilimlənmiş sosis yerləşdirdikdən sonra pendir əriyib qızarana qədər sobada bişirmə əməliyyatını davam etdirin. Arzuya görə üzərinə zeytun yağı gəzdirə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Ballı və zeytun yağlı nəmləndirici üz maskası

Whatsapp ilə Paylaş Mütəxəsislər dərinizə nəmlilik qazandırmaq və mükəmməl bir dəriyə sahib olmaq üçün hər zaman …