Əsas səhifə / Manşet / Bağırsaq tıxanmasının ananas suyu ilə müalicəsi
Bizi mobildən daha sürətli  izləyin

Bağırsaq tıxanmasının ananas suyu ilə müalicəsi

Bağırsaq tıxanmasının ananas suyu ilə müalicəsiTürkiyənin On doqquz May Universitetinin (OMÜ) Tibb Fakültəsi Xəstəxanasının həkim və professor heyəti  cərrahi əməliyyat tələb edən bağırsaq tıxanması kimi narahatlıqların, ananas suyu ilə müalicə edildiyi haqqında mühazirə ilə çıxış etmişdir. Qadinklubu.com  olaraq həmin mühazirəni diqqətinizə çatdırırıq.

OMÜ Tibb fakültəsinin ümumi cərrahı   Prof. Dr. Necati Özen və Yrd. Dos. Dr. İlhan Karabıçak tərəfindən başladılan tətbiqlə, bağırsaq tıxanması şikayətiylə xəstəxanaya müraciət edən xəstələr, cərrahi müdaxilə yerinə ananas suyu ilə müalicə edilərək, sağlamlığına qovuşur.

Prof. Dr. Özen, mədədə və qalın bağırsaqda yaranan daşlaşmış qida və xarici cisimlərin, ananas suyu müalicəsilə aradan qaldırıldığını qeyd etmişdir. Udulan bəzi maddə və qidaların həzm zamanı birləşib sərtləşməsi nəticəsində, mədə və bağırsaq sistemində meydana gələn  kütlə “Bezoar” adlandırılır.  “Bezoarlar ümumiyyətlə, mədə əməliyyatı olunmuş şəxslərdə daha tez-tez rast gəlinir. Mədəsinin bir qismi əmaliyyat olunmuş şəxslərdə, qidalar kifayət qədər həzm olunmadığı  üçün, xüsusilə də lifli qidalar istifadə edənlərdə, bu liflər mədədə və bağırsaqlarda yığılmağa başlayır. Xəstələrin çoxunda bu qidalar daşlaşaraq bağırsaq tıxanmasına səbəb ola bilir. Bu problemin həlli adətən cərrahi əmaliyyatla həyata keçirilir. “

Ananas suyu ilə müalicə.

Dr Özen: “Xəstəxanamıza bağırsaq tıxanması problemi ilə müraciət edən xəstələrimizin təcili olanlarını cərrahi üsulla, erkən müraciət etmiş, o qədər də təcili olmayan xəstələrimizi isə ananas suyu vasitəsilə müalicə edərək, öz sağlamlıqlarına qovuşdururuq. Çünki, ananas suyu  daşlaşmış qidaları asanlıqla parçalayır. Eyni zamanda həzm sisteminə kömək edərək, daşlaşmanın qarşısını alır, həzm sistemini nizamlayır. Həzm və qəbzlik problemi olanlar və mədə əməliyyatı keçirənlərin mütəmadi olaraq ananas suyu içməkləri faydalıdır” deyə əlavə etdi.

Buna da baxın

Sadəcə üzünüzə çəkin və…

Whatsapp ilə Paylaş Aloea-vera bitikisi olduqca faydalı müalicəvi bir bitkidir. Nəinki kosmetik vasitələrdə, eyni zamanda …