Əsas səhifə / Manşet / Bağırsaqlarınızın vəziyyəti necədir?
Bizi mobildən daha sürətli  izləyin

Bağırsaqlarınızın vəziyyəti necədir?

Bağırsaqlarınızda Candida göbəliyinin olub-olmasını evdə edə biləcəyiniz adi bir testlə müəyyən edə
Bu testi səhər oyandığınızda mütləq edin!

Bağırsaqlarınızda Candida göbəliyinin olub-olmasını evdə edə biləcəyiniz adi bir testlə müəyyən edə bilərsiniz.

Belə ki, səhər yuxudan oyandığınızda bir stəkan suya tüpürün və 15 dəqiqə nə baş verəcəyini izləyin. Əgər tüpürcək suyun üzərində qalırsa bağırsaqlarınız sağlamdır, yəni candıda göbələyi təhlükəsi yoxdur. Yox, əgər tüpürcək dibə çökürsə, saçaq şəklində asta-asta, qar yağmasını xatırladacaq bir tərzdə və ya su ilə spirtin qarışdığındakı kimi bir vəziyyət müşahidə edərsizsə, bu o deməkdir ki, bağırsaqlarınız sağlam deyil. Ən təhlükəlisi candida göbəliyi riskiniz artmışdır.

 İstənilən kiçik qida hissəciyi yeməyinizə baxmayaraq, qarnınızda şişkinlik və ya ağrı müşahidə olunursa, bütün dietlərə baxmayaraq qarnınızdakı şişkinliyi heç cür yox edə bilmirsinizsə, lifli qidalardan istifadə etsəniz belə qəbzliklə qarşılaşırsınızsa, daima aclıq hissi yaşayırsınızsa bunun səbəbi çox güman ki maya göbələyidir.

Candida göbələkləri qidalardan aldığımız şəkər ilə emal edilmiş məhsulları və unlu məmulatları əvvəl piruvata, sonra isə asetaldehid və karbondioksitə çevirir. Asetaldehid, həm qaraciyər, həm də göbələk tərəfindən etil spirtinə çevrilir. Karbondioksidin təsiriylə qarında qabarıqlıq və sərtlik əmələ gəlir.

Son əlli ildə artan xəstəliklərə çarələr axtarılıb, səhv diaqnozlar qoyulub, lakin bu xəstəliklərin əsas törədicisi və səbəbi çox gec tapılıb. Kandidozun səbəb ola biləcəyi xəstəliklərdən piylənmə, diyabet, ürək damar xəstəlikləri, hormonal pozğunluqlar, xərçəng və sinir sistemi xəstəlikləri sanki insanların taleyi halına gəlib. Uşaqlarda allergiya xəstəlikləri, tıxanmalar, autizm, hiperaktiv və diqqət pozğunluluğu gedərək artır.

Yorğunluq, unutqanlıq, əsəbilik, cinsi istəksizlik, səbrsizlik və.s bu kimi vəziyyətlərdə psixoloqlar dərmanlar yazır, oynaq ağrıları və şişlər üçün romatizm dərmanları içilir. Saç tökülməsi və dəri problemləri üçün xərclənən pulu bilirsiniz…

Bağırsaqlarınızın vəziyyəti necədir

Kandida göbələyindən təmizlənərək bədəninizdə var olduğunu düşündüyünüz bir çox xəstəlikdən və artıq kilolarınızdan xilas ola bilərsiniz.

Bağırsaqlarımızda 100 trilyondan artıq bakteriya bizimlə birlikdə yaşayır. Amma bunların böyük qismi xeyirli bakteriyalardır. Az bir hissəni təşkil edən ziyanlı bakteriyalar artarsa, bu vəziyyət kandida göbələyinin əmələ gəlməsinə şərait yaradır.

Antibiotiklər, antiasitlər, mədə xorası, reflü dərmanlar, hamiləlikdən qorunma həbləri, şəkər və ağ unlu, hormonlu qidalar, müalicələrdə kortizondan istifadə, xlorlu su içmək, spirt istifadəsi, bağırsaq təmizləyici dərmanlar, yağsız qidalanma, xərçəng müalicələri, şəkər xəstəliyi üçün istifadə edilən dərmanlardakı maddələr, günəbaxan, qarğıdalı,marqarın yağlarının omega-3 və 6 nisbəstini pozması, səhv dietlər, yediyimiz heyvan əti və bitkilərdə istifadə edilən dərmanlar bizim orqanizmimizdəki faydalı bakteriyaların azalmasına səbəb olur.

Qısacası, qida və dərman deyə qəbul etdiyimiz dərmanlar çox zaman bağırsaqlarımız üçün təhlükəlidir. Bağırsaqlardan əlavə, kandida göbələyi başqa orqanlara da nüfuz edərək bir sıra xəstəliklərlə özünü büruzə verir.

  • Qidalanma rejimində edilən səhvlər
  • Şəkərli qidalardan çox istifadə
  • Keysəriyyə əməliyyatı ilə edilən doğumlar
  • Günlük qidalarımızdan karbohidrata daha çox üstünlük vermək
  • Lazımsız yerə istifadə edilən antibiotiklər
  • Səhv pəhrizlər, lazımlı yağların menudan çıxarılması, arıqlamaq üçün həb və çayların çox istifadəsi
  • Yalnış olan dioqnoz və müalicələr bu göbələyin yaranmasına şərait yaradan başlıca səbəblərdəndirlər.

Artan zərəli bakteriyalar və əlamətləri

Çox vaxt şəkər xəstələrinin şikayətlərinə bənzər rahatsızlıqlarla müşahidə edilir. Bu infeksiyaların əsas göstəriciləri sarılıqda olduğu kimi qaraciyər narahatlıqlarıdır. Çünki, kandida göbələyi spirt istehsal edir.Bağırsaqdakı şəkəri spirtə çevirir. Bu spirt də məhz qaraciyər üçün təhlükəlidir.

Göbələk infeksiyasından əziyyət çəkənlər çox vaxt əzələ və oynaq ağrılarından şikayətlənirlər. Belə olan halda rematizma müalicəsi effekt verməz.

Bu infeksiya bu kimi hallarda özünü büruzə verir:

  • Qaz və şişkinlik
  • Qəbzlik
  • Kolit
  • Hemoroid
  • Mədə yaraları
  • Keyləşmə, tənbəllik
  • Allergiyalar
  • Yuxusuzluq
  • Qan şəkərinin düşməsi
  • Mədə yanması
  • Bağırsaq ağrıları
  • Qeyri-normal davranışlar
  • Ağzı qoxusu
  • Ağızda ağ ləkələr
  • Ağız boşluğunun quruması
  • Əl-ayaq barmaqlarında göbələklər
  • Sızanaqların artması
  • Üşümə
  • Dişlərdə pasa bənzər təbəqənin formalaşması və dildə bəyazlığın müşahidə edilməsi.
  • Aclıq hissi və həddən artıq şirniyyat istəyi
  • Burun tıxanmaları və nəfəs çatışmazlığı
  • Qulaqlarda iltihab, səs və qaşıntının müşahidə edilməsi
  • Kürək, boyun və çiyin ağrıları
  • Piylənmə
  • Gözlərdə qaşıntı, şişkinlik, yaşarma və bu kimi problemlər
  • Hormonal dəyişikliklər
  • Yaddaş zəifliyi
  • Yorğunluq
  • Depressiya
  • Əzələ ağrıları
  • Cinsi istəyin azalması
  • Reglin pozulması
  • Əhvalın tez-tez dəyişməsi
  • Əsəbilik
  • Baş ağrısı
  • Mədədən qaynaqlanaraq boğazda yanma müşahidə edilməsi
  • Həzm problemləri
  • Döşlərdə ağrı və gərginlik
  • Öskürək
  • Tez-tez sidik ixracı

Orqanizmi necə əhatə edir?

Bu göbələyiyin inkişafı üçün oksigenə ehtiyacı olmadığından ən əlverişli yeri nazik bağırsaqlardır. Bu bakteriyalar özlərinə faydalı olan mineralları aldıqdan sonra lazımsız maddələri çürüdürlər.

Əgər immunitet sistemi güclü deyilsə, bu göbələklər bağırsaq divarlarını yırtaraq qan damarlarına qədər nüfus edə bilirlər. Beləliklə qan dövranı nəticəsində bütün bədənə yayılırlar. Ən təhlükəlisi isə qandakı şəkərlə qidalanırlar.

Bu göbələklər öz formalarını immunitet sisteminə bənzər formaya sala bildikləri üçün bəzən immunitet sistemi bunlarla mübarizə aparmaz. Tək başına bu göbələklər insana ölümcül zərər verməzlər. Amma əgər lazimlı maddələri əldə edə bilməzlərsə, bağırsaqlardakı lazımlı bakteriyaları azaldaraq bu yolla təhlükə yarada bilirlər.

Müalicəsi

Bu müalicə üçün zaman və səbr tələb olunur. Qısa müddətdə bu göbələkdən xilas olmaq mümkün deyildir. Ən əsası qidalaranıza diqqət etməlisiniz.

İlk olaraq təbii və sağlam qidalara üstünlük verilməlidir. Meyvələr xaric, hər növ şəkərli qidalar və un məmulatları menudan çıxarılmalı, ət, yağ, tərəvəzlərlə birlikdə quru meyvələr də yeyilməlidir. Süd məhsullarının miqdarı azalmalıdır.

Hamiləlik əleyhinə, mədə qoruyucu, antibiotiklər bu kimi dərmanlar məcbur olmadığınız təqdirdə istifadə edilməməlidir.

Hər gün gəzərək idman etməlisiniz.

Həkimə müraciət edərək göbələyə qarşı dərmanlardan istifadə edilməlidir.

Həftədə bir dəfə tüpürcək testi yoxlanılmalıdır.

Yeyə biləcəyiniz qidalardan ibarət bir siyahı hazırlayın.

Düzgün qidalanmağa və qandakı PH dəyərini normada saxlamaqa diqqət edin.

Spirt və siqaretdən uzaq olun.

Üzərində kif olan pendir və ya başqa qidaları yeməyin.

Qatıq, kefir kimi qidalara üstünlük verin.

Bol su için.

Sarımsaq, soğan, kəklik otu, tərxun, zəncəfildən istifadə edin

Yaşıl tərəvəzlərdən istifadə edin.

Zeytun, kərə və hindistan qozu yağı istifadə edin.

Qadinklubu.com

Buna da baxın

60 saniyədə şişkinlikdən xilas olun

Whatsapp ilə Paylaş Qarın şişkinliyindən şikayətçisiniz, nə yesəniz dərhal qarınınız şişir və bu şikayətdən qısa …