Əsas səhifə / Əsas menu / Xəbər / Bakıda 100.000 AZN-ə satılan geyim-fotolar
Bizi mobildən daha sürətli  izləyin

Bakıda 100.000 AZN-ə satılan geyim-fotolar

Bakıda 100.000 AZN-ə satılan geyim-fotolar

Bakıdakı “Port Baku Mall” da “Alexander McQueen” brendinin butikini yeganə bir libas bəzəyir. Brendin yeni kolleksiyasından olan bu dəbdəbəli libas dizayn incəsənətinin şah əsəridir.

Geyim satılmır və onu yalnız xüsusi sifarişlə almaq mümkündür. Onun qiyməti 100.000 manatdan çox qiymətləndirilir. Dəbdəbəli eksponat “Alexsandr McQueen” butikinin açılması münasibətilə Azərbaycanın paytaxtında nümayiş olunur.

Paltarı moda evinin kreativ direktoru Sara Berton cəmi bir nümunədə hazırlayıb. Dizaynerin bu libası hazırlamasında ilham mənbəyi ildə bir dəfə gecə açılan çiçək olub. Dizayner incə, gözəl ləçəkləri xüsusi biçimdə və naxışda təqdim etməyə nail olub.

Tezliklə bu möhtəşəm libas geriyə, İngiltərəyə yollanacaq. Ona görə də istedadlı britaniyalıi dizaynerin şedevrinə baxmaq şansını əldən verməyin.
[nggallery id=880]


100 min2

Buna da baxın

Geyimlərinizi belinizin uzunluğuna görə seçin

Whatsapp ilə Paylaş Qadınların geyim seçimi zamanı, bel uzunluğunu da nəzərə almaları çox önəmlidir. Siz …