Əsas səhifə / Əsas menu / Ana və uşaq / Bakıda ana əri üçün oğlunu atdı – VİDEO
Bizi mobildən daha sürətli  izləyin

Bakıda ana əri üçün oğlunu atdı – VİDEO

Bakıda ana əri üçün oğlunu atdı – VİDEO

usaqlarimiz17513

Şərti adı Murad olan 3 yaşlı körpə anası tərəfindən atılıb.

Fikirləşdik ki, yəqin ananın ağlına bir anlıq şeytan girib, nə bilim əsəb keçirib və oğlunu yaxınlıqdakı sığınacağa yerləşdirib. Amma Muradın yerləşdirildiyi Uşaq Birliyinə çatanda eşitdikdərimiz bütün çəkiliş qrupunu şoka saldı.

Muradın baxışlarındakı qayğı-qorxu kədəri görməmək üçün kor olmaq lazım idi. Elə bil anasının onu atdığını başa düşmüşdü Murad.

Uşaq Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, Muradın başını birtəhər qatıb çizgi filminə baxmaqla sakitləşdiriblər. 10 gündür ki, sığınacaqda olan uşaq “mamamı istəyirəm” sözündən başqa heç nə demir. Nə başqa uşaqlarla ünsiyyət qurur, nə də ki, oyuncaqlarla onun üzünü güldürmək mümkündür.

Uşaq Birliyinin sədrinin sözlərinə görə, uşağın anası istəmədən ailə qurub, daha doğrusu onu qaçırıblar. Lakin sonradan qadın ikinci dəfə ailə həyatı qurub. Yeni həyat yoldaşı uşağı, anası isə həyat yoldaşından ayrılmaq istəmir.
İkinci həyat yoldaşını oğlundan üstün tutan bu qadınla Uşaq Birliyinin əməkdaşları mərkəzin psixoloqu dəfələrlə söhbət aparıb ki, bəlkə ana da uşağını sığınacağa yerləşdirməyib, öz evinə apara.

Artıq Muradı övladlığa götürmək istəyən ailə də var və qanunvericilik əsasında 3 yaşlı Murad həmin ailəyə veriləcək. Yəni illərdir övlad payını gözləyən ailə muradına qovuşacaq. Bəs görəsən Muradı dünyaya gətirən qadın oğlundan imtina etməklə özü dediyi kimi xoşbəxt ola biləcək?

Buna da baxın

Sultan Süleyman saqqalını kəsəcək

Whatsapp ilə PaylaşSultan Süleyman saqqalını kəsəcək Halit Ergenç 4 illik saqqallarından azad olacaq “Möhtəşəm yüz …