Əsas səhifə / Əsas menu / Xəbər / Bakıda yoxa çıxan tələbə: “Qoyun qılım namazımı, sonra kəsin boğazımı”- FOTO
Bizi mobildən daha sürətli  izləyin

Bakıda yoxa çıxan tələbə: “Qoyun qılım namazımı, sonra kəsin boğazımı”- FOTO

Bakıda yoxa çıxan tələbə: “Qoyun qılım namazımı, sonra kəsin boğazımı”- FOTO

226950_900

13:18

Bakıda itkin düşən tələbə ilə bağlı dini çalarlar ortaya çıxıb. Milli.Az-ın məlumatına görə, yoxa çıxmış Asim Məmmədov facebook profilində maraqlı fikirlər paylaşıb:

“Sizin xeyir-duanıza çox-çox ehtiyac duyuram. Rəhman və Rəhim Allahdan istəyirəm ki, xidmət göstərməkdə qüsur və təqsirli olduğuma görə üzrümü qəbul edəsiniz. Millətə ümidvaram ki, xidmət göstərməkdə təqsirli və qüsurlu olduğuma görə üzrümü qəbul edib qüdrət, iradə və qətiyyətlə irəli gedəcəksiniz”.

A.Məmmədovun son statusu isə “qoyun qılım namazımı, sonra kəsin boğazımı” olub.

———-
10:16

Bakı şəhərində universitet tələbəsi anasının gözlərini yolda qoyub. Xətai rayonu ərazisində yaşayan Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədov iki gündür yoxa çıxıb. Onun ailə üzvlərinin Milli.Az-a verdiyi məlumata görə, A.Məmmədov şənbə günü saat 23 radələrində internet kluba getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb.

A.Məmmədovun valideynləri Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət ediblər. Hazırda axtarış aparılır.

Tələbə ilə bağlı məlumatı olanların (055) 623 12 11, (055) 844 06 25 nömrələrinə zəng etmələri xahiş olunur.


Buna da baxın

Bakıda Tələbə anasını gözü yaşlı qoyub

Whatsapp ilə PaylaşBakıda Tələbə anasını gözü yaşlı qoyub Bakı şəhərində universitet tələbəsi anasının gözlərini yolda …