Əsas səhifə / Manşet / Bal pətəyi tortu
Bizi mobildən daha sürətli  izləyin

Bal pətəyi tortu

Tərkibi:

  • 430 qr un
  • 3 yumurta
  • 150 qr şəkər tozu
  • 100 qr bal
  • 100 qr kərə yağı
  • 2 qr qida sodası (karbohidrat)
  • 4 qr qabartma tozu
  • 800 qr konservləşdirilmiş aıbalı (zövqə görə dəyişə bilər)

Krem üçün:

  • 700 qr- 30 %-li xama
  • 150 qr şəkər tozu
  • 10 qr vanil

Qlazur üçün:

  • 180 qr şəkər tozu
  • 60 qr kakao
  • 160 qr 2%-li qaymaq
  • 8 qr- jelatin

İstifadə edilən su miqdarı:

  • 80 qr – qlazur üçün
  • 40 qr – jelatinin həll olunması üçün

Hazırlanması:

Unu qabartma tozu ilə qarışdırın. Digər qabda yumurta ilə şəkər tozunu çırpın. Daha sonra balı əlavə edərək, qarışdırmağa davam edin. Bu qarışımı 15 dəqiqə su hamamında qarışdıraraq, ərzaqların tam həll olunmasını təmin edin. Ocaqdan götürdükdən sonra soda və kərə yağını əlavə edərək qarışdırın.

Əvvəlcədən hazırladığımız unu hissə-hissə məhlula əlavə edərək, qarışdırırıq. Əldə etdiyimiz xəmirin üzərini salafanla örtüb 1 saat soyuducuda saxlayırıq. 1 saatdan sonra xəmiri soyuducudan çıxarıb 3 hissəyə bölürük. Bir hissəni saxlayıb qalan iki hissəni yenidən soyuducuya qoyuruq. Xəmirin bir hissəsini 30×45 sm böyüklüyündə vərdənə vasitəsilə yaırırıq. Daha sonra 5 bərarəb hissəyə bölürük. Kəsdiyimiz xəmirlərin mərkəzinə konservləşdirilmiş albalıları düzərək boru şəklində kənarlarını birləşdiririk. Boru şəklindəki xəmiri kalka sərilmiş siniyə oval formada qıvıraraq düzürük. Hər dairə arasında bir qədər məsafə saxlamaq lazımdır ki ,bişərkən bir-birinə yapışmasınlar. Əvvəlcədən qızdırılmış 190 dərəcəlik sobada 20-25 dəqiqə bişirin. Qızılı rəng aldıqdan sonra sobadan çıxarın. Soyuducuda gözlətdiyimiz daha 2 hissə xəmiri də eyni qayda ilə bişirib bir qədər soyumağa qoyuruq. Tortu hazırlayacağımız qaba bir qaşıq krem yaydıqdan sonra bişirilmiş biskiviti krem üzərinə qoyaraq, hər hissədən sonra 3 qaşıq krem çəkib eyni qaydayla hər üç hissəni üst-üstə düzürük. Üzərini və kənarlarını da kremləyirik. Daha sonra tortu 6 saat soyuducuda saxlayırıq. Daha sonra hazırladığımız qlazuru üzərinə və kənarlarına çəkərək, qalazur bərkiyənə qədər soyuducuda saxlayırıq.

Kremin hazırlanması:

Bir qabda smetan, şəkər tozu və vanili əlavə edərək qarışdırırıq.

Qlazurun hazırlanması:

Jelatini suda həll edirik. Qazana kakao və şəkər tozunu əlavə edib, qaşırdıqdan sonra su və qaymaqı da əlavə edərək, qarışdırmağa davam edirik. Qarışımı ocaqa qoyub qarışdıraraq qaynamasını gözləyirik. Təxminən 10 dəqiqədn sonra qaynamağa başladıqda ocaqdan götürün. Ocaqdan götürdükdən sonra süzərək jeatini əlavə edib qarışdırın.

Qeyd: Hər 100 qramında-297 kkal mövcuddur.
Nuş olsun!

Buna da baxın

Mimoza tortu

Whatsapp ilə PaylaşTərkibi: (Eyni miqdarda ərzaqla 2 biskvit hazırlayın) 4 yumurta 125 qr un 125 …