Əsas səhifə / Manşet / Bal tortu
Bizi mobildən daha sürətli  izləyin

Bal tortu

Tərkibi:

  • 1 stəkan (200 qr) şəkər tozu
  • 100 qr kərə yağı (vəya marqarin)
  • 2 x/qaşığı bal
  • 2 yumurta
  • 1 ç/qaşığı qida sodası
  • 2.5 stəkan un

Krem üçün:

  • 250 qr kərə yağı
  • 1 qab (385 qr)qatılaşdırılmış süd

Hazırlanması:

Kərə yağı, şəkər tozu və balı əlavə edib, su hamamında şəkər tozu əriyənə qədər qarışdırırıq. Yumurtaları çırpırıq. Qarışım həll olduqdan sonra yumurtanı və sodanı əlavə edib, bir qədər daha qarışdırırıq. Qatılaşdıqda ocaqdan alırıq. Az-az unu əlavə edərək, yumşaq xəmir yoğururuq. Hazırladığımız xəmiri 1 saat soyuducuda gözlədirik. Daha sonra xəmiri 8 hissəyə bölürük. Bir hissəni saxlayıb digərlərini soyuducuda saxlayırıq. Yağlı kağız(kalka) üzərinə xəmiri qoyub üstünə salafan qoyduqdan sonra yaymağa başlayırıq(məqsəd xəmirin vərdənəyə yapışmamasıdır). Yaydıqdan sonra xəmiri formaya salıb, kənarlarını da lavaşla birlikdə bişiririk . Kənar hissələri üzərini bəzəmək üçün istifadə ediləcəkdir. Əvvəlcədən 160-180 dərəcə qızdırılmış sobada 5-8 dəqiqə bişiririk. Digər hissələri də eyni qayda ilə bişiririk. Otaq temperaturunda yumşadılmış yağı mikserlə qarışdırırıq. Üzərinə qatılaşdırılmış südü az-az əlavə edərək, qarışdırmağa davam edirik. Biskivitlər soyuduqdan sonra kremlərək üst-üstə yığırıq. Xəmirin artıq hissələrini ovuntu halına gətiririk. Üzərini və kənarlarını da kremlədikdən sonra, ovuntu ilə üzərini bəzəyirik.

Nuş olsun!

Buna da baxın

Klassik Cheesecake resepti

Whatsapp ilə PaylaşTərkibi: 250 qr adi peçenye 80 qr kərə yağı Krem üçün: 1 kq …