Əsas səhifə / Əsas menu / Şou-biznes / “Balanızdakı sağlamlığı da balama versin” – Xatirə İslam
Bizi mobildən daha sürətli  izləyin

“Balanızdakı sağlamlığı da balama versin” – Xatirə İslam

243292

Müğənni Xatirə İslam, İnstagram səhifəsində ona fikir bildirən izləyicilərinin şərhlərinin şəklini çəkib, paylaşan ifaçı belə qeyd edib:

“Bunları başa düşə bilmirəm. Bəzilərinin işi-gücü yoxdur? Ay bala, şəkildi də qoyublar ki, baxasınız. Niyə insanları çeyniyirsiniz? Allah istəsə ağacdan 1 yarpaq düşə bilərmi, heç? Deməli, Allah istəyir ki, kimsə ayda 100 manat yesin, kimlərsə də 10000 manat. Gəlin Allahın işinə burnumuzu soxmayaq, canlarım. Çox pulun dərdi də çoxdur, baş edə bilməzsiniz. Sənin gücün yəqin 100 manatı qazanacaq qədərdi. Özündən ağır yük ağır olar sənə. Mən başqa müğənniləri deyə bilmərəm. Şəxsən özümə cavabdehəm ki, Allahıma yalvarardım ki, mənim 10000-lərimi alıb, versin sənin kimilərə. Sənin də ayda 100 manatını mənə. Amma 1 istəyim də var: sənin bütün sağlamlığını alıb mənə versin. Balanızdakı sağlamlığı da balama versin, yerləri dəyişsin. Bizim problemlər də pulnan bir yerdə sizə gəlsin. Razı olanınız var? Dərin düşünün, mən razıyam”.

Buna da baxın

Rihanna Karnavalda

Whatsapp ilə PaylaşRihanna Karnavalda Müğənni Rihanna, möhtəşəm karnaval geyimində ənənəvi Barbados karnavalına qatılıb. Sizlərə karnavaldan …