Əsas səhifə / Əsas menu / Gözəllik / Balın cild baxımında 5 möcüzəsi
Bizi mobildən daha sürətli  izləyin

Balın cild baxımında 5 möcüzəsi

kk

Bal orqanizmə faydalı qida olmaqla yanaşı həm də, cild baxımında istifadə edilə bilər.

Bəzən üzümüzə nəmləndirici, canlandırıcı kimi bəzi kimyəvi hazır maddələr əvəzinə, evdə hazırlana bilən maddələrlə qulluq etmək daha yaxşı effekt əldə edilməsinə kömək olar. Onun üçün hazır evdə tapa biləcəyimiz qidaların tərkibindəki möcüzəvi faydaları bilərək, yararlanmaqdır. Bu kimi qidalardan biri də baldır.

Qadınklubu.com sizlərə cildə qulluqda balın 5 möcüzəvi faydasını təqdim edir.

Nəmləndirici dəri maskası

Yumşaldıcı və nəmləndirici xüsusiyyətə malik olan bal, dərini quruluqdan qurtarır. 1 yemək qaşığı süd, 1 yemək qaşığı bal və 1 yumurta sarısını qarışdırıb təmiz dərinizə tətbiq edin. Üzünüzə masaj edərək yaydığınız maskanı göz kənarlarınıza çox yaxınlaşmamasına diqqət edin. Maskanı üzünüzdə 20 dəqiqə gözlətdikdən sonra ilıq suyla yuyun.

Sızanaqlara qarşı maska

Bal, təbii bir antibakterial təsirə malikdir. Bal, yalnız sızanaqların deyil, dəridəki qızartıların da qarşısını alır. Bir parça emal olunmamış balı pambığ vasitəsilə sızanaq olan nahiyyəyə çəkin. Dərinizdə 15 dəqiqə gözlətdikdən sonra ilıq suyla yuyun.

Üz skrabı

1 yemək qaşığı balın içərisinə yarım yemək qaşığı sodanı(yemək sodası) əlavə edin və qarışdırın. Hazırladığınız qarışığı əvvəlcədən təmizlədiyiniz dərinizə masaj edərək tətbiq edin. Üzünüzə maskayla bir müddət masaj etdikdən sonra ilıq su ilə yuyun. Bu skrabı tətbiq etdikdən sonra nəmlənmiş, ölü hüceyrələrdən təmizlənmiş sağlam bir dəriyə qovuşacaqsınız.

Məsamə təmzləyici maska

Bal, dəri üzərindəki məsamələr təmizləyən güclü fermentlərə malikdir. 2 yemək qaşığı hindqozu yağını 1 yemək qaşığı balla qarışdırıb əvvəlcədən təmizlədiyiniz dərinizə dairəvi hərəkətlərlə masaj edərək tətbiq edin. Maskanı üzünüzə tətbiq etdikdən sonra ilıq su ilə yaxalayın.

C vitamini baxımı

Dərinizə C vitamini möhkəmlətməsi edərək, daha sağlam və gənc bir görünüşə qovuşa bilərsiniz. Bir limonu ortadan ikiyə bölün. 1 yemək qaşığı balı yarım limonun üzərinə sürtün və dərinizə yüngül hərəkətlərlə tətbiq edin. Limon bal qarışığını üzünüzdə 5-10 dəqiqə qədər gözlədib ilıq suyla durulayın.