Əsas səhifə / Əsas menu / Sağlamlıq / Balıq cinsi zəifliyə səbəb olur
Bizi mobildən daha sürətli  izləyin

Balıq cinsi zəifliyə səbəb olur

vart

Mütəxəssislər çiy balıqda olan bakteriyaların B12 vitamini çatışmazlığına səbəb ola biləcəyini bildirib.

Professor Doktor Oğuz Tanrıdağ okean balıqlarının çiy istehlakının cinsi zəifliyə, damar strukturlarının pozulması nəticəsində demensiyaya (Latıncadan demensiya – ağılsızlıq deməkdir. Ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur) zəmin hazırladığını bildirib.

Nervpotoloqun sözlərinə görə, demensiya genetik faktorlara bağlı olduğu kimi, ekoloji amillərə bağlı olaraq da yarana bilir. O, “Aparılan araşdırmalar dənizçilərin B12 vitamini çatışmazlığından əziyyət çəkdiyini göstərib. Çiy balıq cinsi zəifliyə və yaddaş pozulmasına da səbəb olur” – deyib.

Yeri gəlmişkən qeyd edək ki, bu kimi xəstəliklərə Yaponiyada daha çox rast gəlinir. Bunun səbəbi isə yaponların milli yeməyi olan suşinin çiy ətdən hazırlanmasıdır. Yeri gəlmişkən qeyd edək ki, Yaponiyada ən çox rastgəlinən xəstəliklərdən biri də, mədə xərçəngidir. Bu da insanlara çiy balıqdan keçən bakteriyaların yaratdığı xəstəlikdir.

Buna da baxın

Bürcünüzün sehirli kəlməsini bilirsinizmi?

Whatsapp ilə Paylaş Qoç bürcünün sözü Liderlik, müvəffəqiyyətə çatmaq üçün səbrli olma xüsusiyyətləriylə bilinən Qoç bürclərinin …