Əsas səhifə / Manşet / Balıq yağı ilə arıqla
Bizi mobildən daha sürətli  izləyin

Balıq yağı ilə arıqla

balq yağıyla arıqla

Ürəyə  faydaları ilə bilinən balıq yağı həm də bir çox xəstəliklərə şəfadır.

Mütəxəssislər balıq yağının eyni zamanda zəiflədici təsiri olduğunu söyləyir. Omega-3 yağ turşusunun Omega-6 yağının əksinə bədəndə çoxluq meydana gətirmədiyini ifadə edən mütəxəssislər, balıq yağının bədəndə hüceyrə divarlarına yerləşdiyini, ya da enerji olaraq yandırıldığını vurğulayır.

Qadınklubu.com-un məlumatına görə, mütəxəssislər tərkibində yüksək miqdarda Omega-3 olan balıq yağının arıqlamaqdaqdakı rolunu belə izah edirlər:

“Uzun müddət tox qalmağımızı təmin edir, iştahı azaldır. Xüsusilə balıqların kalori məzmunu qırmızı ətə görə daha aşağıdır. Yağların yandırılmasını asanlaşdırır. Bir gündə yandırılan enerji miqdarını artırır. Köklüklə ibarət xəstəlikləri önləməyə köməkçi olur. Qan şəkəri və insulin səviyyəsinin azalmasını təmin edir. Xüsusilə məşq ilə birlikdə istifadə edildiyində daha təsirlidir. ”

Arıqladan  balıq yağının sağlamlığa digər faydaları …

Oynaq ağrıları

Balıq yağı oynaq ağrılarını azaldır.

Depressiyada təsirlidir

Aparılan araşdırmalara görə, balıq yağında olan EPA’nın depressiyanı azaltdığı məlum olmuşdur. Bədəndə kafi nisbətdə Omega- 3 olmaması depressiyaya yol aça bilir.

Unutqanlığın düşməni

Omega 3 beyin funksiyalarına birbaşa təsir edir. Bu səbəblə balıq yağı Alzheimer riskini aşağı salır. Digər tərəfdən balıq yağının dəridəki qızartı və iltihabları azaltdığını açıqlayan mütəxəssislər, bu qidanın insanlarda yaranan göz quruluğu və yaşla əlaqədar ciddi görmə problemlərinə də yaxşı təsirini ifadə edir.

Ürək və təzyiq

Damarları genişləndirərək qan təzyiqini normallaşdıran çəkən balıq yağı ürək problemlərinin qarşısını almağa və təzyiqi aşağı salınmasında kömək olur.

Buna da baxın

Saçların tez uzanması üçün

Whatsapp ilə Paylaş Saç uzatmaq üçün hansısa bir xüsusi yağı misal gətirmək təbii ki, mümkün …