Əsas səhifə / Manşet / Balıqlı və yaşıl soğanlı piroq
Bizi mobildən daha sürətli  izləyin

Balıqlı və yaşıl soğanlı piroq

Tərkibi:

  • 250 qr un
  • 40 ml kefir
  • 2 yumurta
  • 1 ç/qaşığı şəkər tozu
  • 1 ç/qaşığı duz
  • 0.5 ş/qaşığı soda
  • 3 x/qaşığı duru yağ

İçlik:

  • konservləşdirilmiş balıq
  • 3 qaynadılmış yumurta
  • 1 dəstə yaşıl soğan
  • qara istiot zövqə görə

Hazırlanması:

Yumurta, kefir şəkər tozu duz və duru yağı bir qaba əlavə edib qarışdırın. Un və sodanı əlavə edərək qarışdırmağa davam edin. Digər qabda balığı çəngəl vasitəsilə əzin. Yumurtaları kiçik formada doğrayın. Soğanı da doğradıqdan sonra bir qabda bütün ərzaqları(yumurta,balıq,soğan, istiot) qarışdıraraq istiot səpin. Qəlibə bir qədər duru yağ çəkdikdən sonra xəmirin yarısını qəlibə əlavə edin. Üzərinə içliyi düzərək üzərini qalan xəmirlə örtün. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 45 dəqiqə bişirin. Soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

“Mələyin göz yaşları” piroqu

Whatsapp ilə PaylaşTərkibi: 160 qr un 80 qr kərə yağı 2 ç/qaşığı şəkər tozu 1 …