Əsas səhifə / Manşet / Ballı tort
Bizi mobildən daha sürətli  izləyin

Ballı tort

Lazım olan ərzaqlar

  • 150 qr təbii bal
  • 150 qr şəkər tozu
  • 3 yumurta
  • 150 qr kərə yağı (və ya marqarin)
  • 1 ç/qaşığı qida sodası
  • 600 qr un
  • 30 qr kakao

Krem üçün :

  • 380 qr 30 %-li xama
  • 1 qab Qaynadılmış qatılaşdırılmış süd

Hazırlanması:

Xamanı tənzifə töküb suyunun süzülməsi üçün bir kənara qoyuruq. Unla kakaonu qarışdırıb ələkdən keçiririk. Yumurtnı çırpırıq. Az-az şəkər tozu əlavə edərək, qarışdırmağa davam edirik. Yağı əridirik. Balı qazana töküb ocaqda əridirik. Üzərinə sodanı ələkdən keçirərək əlavə edib, qarışdırırıq.(əgər bal təbii deyilsə, sodanı sirkə və ya limon suyunda söndürün) Qarışıma kərə yağını əlavə edirik. Daha sonra az-az ballı sodanı əlavə edib, qarışdırmağa davam edirik. Üzərinə ələkdən keçirərək unu əlavə edib, yumşaq xəmir əldə edənə qədər yoğururuq. Xəmiri 8 bərabər hissəyə bölürük. Xəmirləri böşqaba qoyub, üzərlərini örtüb bir az gözlədirik. Yağlı kağızın üzərində yayıb kənarlarını stanlaşdırdıqdan sonra, üzərində çəngəllə dəliklər açırıq. Daha sonra əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 8-10 dəqiqə bişiririk. Digər xəmirləri də eyni qayda ilə hazırlayırıq (artıq qalan hissələrdən hissələrin sayını artıra bilərsiniz. Videoda 13 hissə alınmışdır).
Artıq hissələrin bir qismini sobada qovurulacaq dərəcə bişirib üzəri üçün ovuntu halına gətiririk. Biskivitlər soyuduqdan sonra kalkadan çıxarırıq. Xama ilə qatılaşdırılmış südü mikserlə qarışdıraraq krem əldə edirik. Soyumuş biskivitləri kremləyərək üst-üstə yığırıq. Kənarlarını və üzərini kremləyib üzərini ovuntunun böyük hissələrini, kənarlarına isə ovuntunu səpərək bəzəyirik. Hazırladığınız tortu 1-2 saat soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Bal tortu

Whatsapp ilə PaylaşTərkibi: 1 stəkan (200 qr) şəkər tozu 100 qr kərə yağı (vəya marqarin) …