Əsas səhifə / Manşet / Balqabağın içərisində balı 10 gün saxlayın…
Bizi mobildən daha sürətli  izləyin

Balqabağın içərisində balı 10 gün saxlayın…

Balla balqabağın qarışığı xalq təbabətində ən tanınmış müalicəvi vasitələrdən biridir. Bu qarışıq həqiqətən çox güclü müalicəvi təsirə malikdir.

Bu qarışığın müxtəlif hazırlanma üsulları var – bal balqabaq şirəsi ilə qarışdırılır və ya balqabağın əti sobada bişirilir, əzilir və balla qarışdırılır. Lakin ən faydalı qarışıq hazırlamaq üçün təqdim etdiyimi ztanınmış qədim reseptdən istifadə edin.

İri balqabağı götürüb yuxarısını kəsin və qaşıqla tumları çıxardın ki, oyuq alınsın. Bu oyuğa ortasına qədər duru bal tökün, kəsilmiş yuxarı hissəsini üzərinə qoyun (qapaq kimi), qıraqları xəmirlə “yapışdırın”. Balqabağı 10 gün ərzində soyuq yerdə saxlayın. Daha sonra balqabağı “açın”, alınmış şirəni şüşə bankaya tökün və soyuducuda saxlayın. Qarışığı gündə 2 dəfə yeməkdən 30-40 dəqiqə əvvəl 1 x.q. olmaqla qəbul etmək lazımdır.

Balla balqabağın faydaları:

– qanazlığı zamanı çox faydalıdır, qanın tərkibini yaxşılaşdırır
– orqanizmi möhkəmləndirir, immun sisteminin fəaliyyətini yaxşıalşdırır
– orqanizmi şlaklar və toksinlərdən təmizləyir
– bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizə etməyə kömək edir
– qaraciyər üçün olduqca faydalıdır
– böyrəkləri, sidik kisəsini, sidik yolları təmizləyir
– sakitləşdirir, stressi azaldır, yuxunu tənzimləyir

Sizdə qastrit, mədə xorası və s. kimi mədə-bağırsaq sistemi xəstəlikləri varsa, balqabağı sobada bişirin, əzin və sonra balla qarışdırın.//sağlamolun.az

Buna da baxın

Qastritin təbii üsullarla müalicəsi

Whatsapp ilə Paylaş Qastrit, mədənin daxili  pərdəsinin və qida  borusunun iltihablanmasıdır. Bu iltihablanma müxtəlif səbəblərdən …