Əsas səhifə / Əsas menu / Sağlamlıq / Alternativ tibb / Balqabağın möcüzəvi xeyirləri
Bizi mobildən daha sürətli  izləyin

Balqabağın möcüzəvi xeyirləri

Balqabağın möcüzəvi xeyirləri

Balqabaq ən çox sevilən və bol vitaminli tərəvəzlər sırasındadır. Bu tərəvəzdən zövqünüzə görə istənilən bir çox yeməklər, şorbalar, qəlyanaltılar, hətta şirniyyatlarda da istifadə etmək mümükündür. Vitaminli, xeyirli olmaqla yanaşı həm də, dadlı olan balqabağın sizin orqanizminizə nə qədər faydalı və lazımlı vitaminlərlə zəngin olduğunu qadınklubu.com diqqətinizə çatdırır.

Balqabaqdan üz maskası olaraq istifadə edə bilərsiniz. Balqabaq dərinizi çox yaxşı bir şəkildə nəmləndirəcək və rahatlaşdıracaq. Ayrıca maska, dərinizi təmizləyərək peeling təsiri edəcək. Tərkibindəki A və C vitamini sayəsində isə dərinizi qidalandıracaq.

Maska üçün lazım olan vəsaitlər:

İki yemək qaşığı qədər təzə balqabaq püresi ilə bir ədəd yumurtanın ağı.

Hazırlanması:

İlk əvvəl yumurtanın ağını yaxşıca çırpın. Çırpılan yumurtanın ağına balqabaq püresini əlavə edin. Təmiz dərimizə tətbiq edib 15 dəqiqə qədər gözləyin. Əvvəl ilıq sonra soyuq su ilə durulayın.

  1. Kalium, natrium, fosfor, kalsium və maqnezium baxımından olduqca zəngin olan balqabaq, xüsusilə uşaqlarda sümük inkişafına kömək edir. Yaşlılarda isə sümükləri gücləndirir.
  2. Tərkibindəki dəmir çoxluğu orqanizmdəki qan azlığının qarşısını alır.
  3. Balqabaq, yüksək miqdarda beta karoten vardır ki, bu da artıq hamınızın bildiyi kimi ən yaxşı antioksidanlardan biridir. Bədəni mikroblardan qoruyar, infeksiyaların yaxşılaşmasında və immunitet sisteminin güclənməsində olduqca təsirlidir.
  4. Balqabaq, kəsərkən də müşahidə etmisiniz ki, daxilində bol miqdarda lif vardır. Tərkibindəki bu liflər bədənimizdəki toksinlərin və zərərli yağların böyük əksəriyyətini bədəndən ixrac edilməsinə kömək edir. Xolesterolun yəni qandakı zərərli yağ nisbətinin düşməsinə köməkçi olur.
  5. Eyni zamanda saxladığı liflərin bağırsaqları işlətmə təsiri vardır. Bu səbəbdən qan dövranı və həzm sistemini yaxşılaşdırır.
  6. Balqabaq çox güclü bir A vitamini qaynağıdır. A vitamini də bildiyiniz kimi, gözə və görmə qabiliyyətinə çox yaxşı təsiri vardır.
  7. Təkibindəki su, vitamin və xüsusi komponentlər sayəsində balqabaq dəri və hüceyrə quruluşu üçün çox əhəmiyyətlidir. Daimi istifadə etmək, dərinin quruluşunun yenilənməsində və hüceyrələrin sağlam şəkildə inkişafında təsirlidir.
  8. Eyni zamanda balqabaqın tərkibindəki sink, saç tökülməsinə müsbət təsiri vardır. Bunun üçün hər gün bir su stəkanının yalnız 3-də 1-i qədər balqabaq püresi ya da suyunu içməyiniz kifayətdir. Təbii ki özünü, adi və ya şorba olaraq da istifadə etsəniz, eyni təsiri göstərəcək.

Buna da baxın

Balqabaq haqqda nəlləri bilmirik?

Whatsapp ilə PaylaşBalqabaq haqqda nəlləri bilmirik? Bəzi insanlar balqabağı qış aylarının ən yaxşı qidalarından hesab …