Əsas səhifə / Manşet / Bamiyə resepti
Bizi mobildən daha sürətli  izləyin

Bamiyə resepti

Tərkibi:

  • 3 stəkan un
  • 50 qr kərə yağı
  • 3 yumurta
  • 2.5 stəkan su
  • 1 xörək qaşığı nişasta
  • 3 x/qaşığı manna yarması

Şərbət üçün

  • 3 su stəkanı şəkər tozu
  • 2 su stəkanı su
  • Yarım limon suyu

Qızartmaq üçün:

  • 2 stəkan Duru yağ (bişirəcəyiniz qaba nəzərən ölçü dəyişə bilər. Məqsəd bamiyələr yağda batsın)

Hazırlanması:

Qazanda suyu əlavə edirik. Daha sonra kərə yağını suda əritdikdən sonra üzərinə unu əlavəedib qarışdıraraq yumşaq xəmir əldə etdikdən sonra bir kənara soyuması üçün qoyuruq. Soyuduqdan sonra mannı və nişastanı əlavə edərək mikserlə qarışdırırıq. Qarışdıraraq eyni zamanda tək-tək yumurta sarılarını da əlavə edib qarışdırmağa davam edirik. Bir maddə halına gəldikdən sonra xəmiri krem paketinə dolduraraq kiçik formalar şəklində otaq temperaturunda olan duru yağa əlavə edirik. Tez bişdiyinə görə yanında dayanın ki, yanmasın. Bişdikdən sonra yağdan çıxarıb 2 dəqiqə şərbətdə saxladıqdan sonra servis edə bilərsiniz.

Şərbətin hazırlanması:

Qazanda su və şəkəri əlavə edib qaynadırıq. Hazır olmasına az qalmış limon suyunu əlavə edib soyuması üçün bir kənara qoyuruq.