Əsas səhifə / Əsas menu / Xəbər / Banan onun möcüzəsi oldu
Bizi mobildən daha sürətli  izləyin

Banan onun möcüzəsi oldu

357915_01

Banan onun möcüzəsi oldu

Sirr deyil ki, banan çox faydalı meyvədir. Bananın tərkibindəki qida dəyəri yüksək olan fruktoza, saxaroza, qlükoza və sellüloza kimi maddələr orqanizmə uzun müddət toxluq hissi verir. Bu meyvədə insan sağlamlığını qorumaq və gücünü saxlamaq üçün zəruri olan bütün maddələr var. Bundan başqa, banan zərərli maddələri orqanizmdən çıxarmaq kimi möcüzəvi xüsusiyyətə malikdir. Rusiyalı diyetoloq Yuliya Tarbat təkcə bananın köməyi ilə detoks etməyi qərara alıb.

O, 12 gün yalnız bananla qidalanıb. Üstəlik, bu bananlar ekoloji cəhətdən təmiz adada yetişdirilib. Banan detoksu onun sağlamlığına müsbət istiqamətdə təsir edib, həm də həyatını tamamilə dəyişib!

Pəhrizə başlamazdan əvvəl Yuliyanın səhhətində problemlər olub. Qanda şəkərin miqdarı yüksək olub, həmçinin hormonal disbalans və həzmlə bağlı problemləri olub. Bundan başqa, Yuliya uzun müddət hamilə qala bilməyib. Detoksdan əvvəl isə diyetoloq əri ilə birlikdə vegetrian olmaq qərarına gəliblər. Zaman keçdikcə Yuliya və Pavel öz fermalarında meyvə və tərəvəz yetişdirməyə başlayıblar. Onlar bu mərhələni birlikdə keçiriblər.

12 gün yalnız bananla qidalanmaq üçün iradəli olmalısan. Amma Yuliya nəticəni dərhal görüb. Xanım detoksdan sonra yaranmış dəyişikliklə bağlı fikirlərini belə ifadə edib:

“Həzm orqanlarım hələ heç vaxt belə yaxşı işləməyib.  Qəribə yüngüllük hiss edirəm. Mədəmdə nələr baş veridiyinə qətiyyən fikir vermirdim.  Mən daha rahat, sakit, məqsədyönlü olmuşam. Öz gündəlik işlərimi yerinə yetirmək üçün banan mənə kifayət qədər enerji verib. Amma bu zaman orqanizm əlavə yüklənməyib. Həyatımda ilk dəfə planlaşdırdığım işləri yerinə yetirməyə macal tapa bilirəm və bu zaman gərginləşmirəm”.

Hal-hazırda Yuliyanın səhhətində heç bir problem yoxdur. İki həftədən sonra isə qız hamilə qalıb. O, bunu bir neçə il arzulasa da, mümkün olmuyub. Lakin möcüzəli detoks onun orqanizmini bütün zəhərlərdən təmizləyib. Həm iş, həm də şəxsi həyatında hər şey qaydasına düşüb.

Əlbəttə ki, belə radikal qərarlar qəbul etmək və bir meyvə ilə detoks saxlamaq üçün həkimlə məsləhətləşmək lazımdır. Banan yemək ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən, həzm pozğunluqları, arterial təzyiq kimi problemləri olan hər kəsə tövsiyə olunur. Bananı onkoloji xəstələrin də qida rasionuna daxil etməyi məsləhət görürlər. Bu meyvə uşaq menyusunda mütləq olmalıdır.

 

Buna da baxın

Cildinizə 5 dəqiqədə 5 qat daha çox nəm bəxş edən maska

Whatsapp ilə Paylaş Qışda cilddə yaranan quruluq, nəmin azalması probemi sizi də narahat edirsə, bunun …