Əsas səhifə / Manşet / Bananın faydaları
Bizi mobildən daha sürətli  izləyin

Bananın faydaları

muzun_sagliginiza_olan_faydalari-0
İngiltərədə bir məktəbdə 200 şagirdlə aparılan araşdırma aparılmışdır. Məlum olmuşdur ki, naharda, ara paylarda və günorta yeməyində banan yeyən uşaqların imtahanlarda daha müvəffəqiyyətli olurlar.Qadinklubu.com olaraq sizlərə bananın faydalarını araşdırdıq.

– Araşdırmada tərkibində bol kalsium olan bananın uşaqların öyrənmə qabiliyyətlərini də inkişaf etdirdiyi sübut edildi.
– Banan  yumşaq olması səbəbiylə bağırsaq xəstəliyi olan xəstələrin pəhriz siyahılarında iştirak edən bir meyvədir.
– Təbii bir turşu önləyici olduğu üçün, xora kimi mədə xəstəliklərinə yaxşı təsir edir.
– Hamiləlikdə mədə bulantısının qarşısını alır.  Gün ərzində  istifadə edilən banan, qan şəkəri səviyyəsini yüksəldər və xüsusilə səhərlər hamilələrdə rast gəlinən mədə bulantısının qarşısını alar.
– Qan azlığı problemini aradan qaldırır. Yüksək miqdarda dəmir ehtiva edən banan, qanda hemoqlobin nisbətini artırır və qan azlığının qarşısını alır.
– Amerika Qida və Dərman İdarəsi, kalsiumla zəngin olan bu tropik meyvənin qan təzyiqini saldığını və iflic riskini azaltdığını da etdiyi araşdırmalarla dəstəklədi.
– Ağcaqanad sancması olan bölgəni yaxşılaşdırır. Ağcaqanad sancması olan bölgəyə krem ​​ya da hər hansı bir dərman çəkməmişdən əvvəl bir parça banan çəkin. Banan, ağcaqanad sancması olan bölgədəki şişliyi və qıcıqlanmanın qarşısını alır.
– Gərginliyin qarşısını alır. Banan, B vitamini ilə zəngini bir meyvədir və sinir sistemini sakitləşdirməyə kömək edir.
– Depressiyanın qarşısını alır. Banan tərkibindəki  zülal nəticəsində bədəndə serotonin (xoşbəxtlik) hormonunun ifraz olunmasına dəstək olur. Serotonin hormonu, rahatlanmağızı təmin edərək, əhvalınızı yüksəldər.
– Ayrıca yüklü miqdarda B6 vitamini ehtiva edən banan; qan şəkərinizi yüksəldir və enerji verərək əhvalınızda müsbət dəyişikliklərə səbəb olur.
– Mədə yanmasına yaxşı gəlir. Banan mədədə yaranan yanma kimi problemlərin qarşısını alır. Bu kimi vəziyyətlərdə mədənizi rahatlaşdırmaq üçün banan yeyə bilərsiniz.