Bizi mobildən daha sürətli  izləyin

Bananlı blinçik RESEPTİ

krrrr

Ləvazimatlar

Blinçik xəmiri üçün

  • 2 stəkan un
  • 2 stəkan süd
  • 1 ədəd yumurta
  • 2 çay qaşığı şəkər tozu
  • 1 paket vanil
  • 2 xörək qaşığı duru yağ

Bəzəmək üçün

 

  • 2 ədəd banan
  • 1 paket qara şokolad
  • 1 fincan iri-iri çəkilmiş fındıq ləpəsi

Hazırlanması

  • blinçik xəmiri üçün lazım olan ləvazimatları dərin bir qaba töküb qarışdırın
  • tavaya duru yağ töküb qızdırın
  • blinçik xəmirindən çömçə ilə götürüb tavaya tökün
  • çevirərək hər iki  tərəfini bişirin
  • bananların qabığını soyub dilimləyin
  • qaralmasınlar deyə, üzərinə bir neçə damcı limon suyu sıxın
  • blinçiklərin arasına banan dilimləri qoyub, fındıq səpin, qatlayın
  • şokoladı vam xodda əridib blinçiklərin üzərinə tökün
  • Və ləzzətlə yeyin

Nuş olsun!

 

Qadinklubu.com

 

Buna da baxın

Cinsi gücü artıran qidalar

Whatsapp ilə Paylaş Cinsi gücün zəifləməsi problemini dərmanlarsız, təbii vasitələrlə də müalicə etmək mümkündür. Normal …