Bizi mobildən daha sürətli  izləyin

Bananlı eskimo

Bananlı eskimo

Tərkibi:

– Banan – 3 ədəd

– Şokolad – 100 q

– Qarğıdalı yağı

– Qoz – zövqə görə

– Əlvan tort bəzəkləri-zövqə görə

– Taxta çubuqlar- 6 ədəd

Hazırlanması:

1422351254_eskimo-iz-banana_2

Əvvəlcə bananların qabığını təmizləyib iki hissəyə bölürük. Sonra hər birinə taxta çubuqlar keçirib soyuducunun buzluğuna 15-20 dəqiqəlik qoyuruq. Şokoladı su vannasında əridib üzərinə bitki yağı əlavə edirik.  Yaxşı-yaxşı qarışdırırıq.

1422351320_eskimo-iz-banana_3

Qozu bıçaqla xırda-xırda doğrayıb bir qaba qoyuruq.

1422351317_eskimo-iz-banana_4

Bananları ərimiş şokoladın içinə salırıq.

1422351278_eskimo-iz-banana_5-1

Sonra isə hər tərəfinə qoz səpirik. Eləcə də rəngli tort bəzəklərini eyni ilə təkrar edirik.  Soyuducuya qoyuruq. Desertimiz hazırdır.

1422351228_eskimo-iz-banana_0

 

Nuş olsun!

Buna da baxın

Meyvə qabıqları üz dərisinə xeyirdir

Whatsapp ilə Paylaş  Meyvələrin zibillliyə atdığımız qabıqları dəri və saç üçün faydalıdır. Meyvə qabıqları stres, …