Əsas səhifə / Manşet / Bankalama həqiqətənmi işə yarayır?
Bizi mobildən daha sürətli  izləyin

Bankalama həqiqətənmi işə yarayır?

bankalama

Üzgüçü Maykl Felps və bir neçə olimpiya idmançısı Rio olimpiadası zamanı bədənlərində dairəvi izlərlə göründülər. Bu izlər ənənəvi çin təbabətində əzələlərin yaxşılaşması üçün istifadə olunan “Banka terapiyası”nın nəticəsi idi.

Bəs bu həqiqətənmi işə yarayır?

Qadınklubu.com məlumat verir ki, banka terapiyası sorma vasitəsilə dairəvi bankaların dəriyə yapışmasını təmin edir. Sorma bankanın içinin isidilməsi ilə (vakuum yaradılması) və ya əl nasosu ilə yaradılır. Bu sorma dərini yuxarı tərəfə bankanın içinə çəkir. Bu müalicə üsulunu dəstəkləyənlər deyir ki, sorma həmin sahəyə qan axımını artırır bu da əzələ gərginliyini və iltihablanmanı azaldaraq sağalmağa kömək edir.

Ancaq bu terapiya, kapillyar damarların partlamasına da səbəb ola bilər, bu da bədəndə dairəvi izlər buraxır. Bu izlər 3 gündən bir neçə həftəyə qədər qala bilər.

Bəzi kiçik çalışmalar banka terapiyasının diz və boyun ağrılarını azalda biləcəyini təklif edir. Məsələn 2011-ci ildə xroniki boyun ağrısı olan 50 nəfərin qatıldığı bir araşdırma göstərdi ki, iki həftə müddətində banka terapiyası ilə beş kurs müalicə alanların ağrıları, müalicə almayanlara nisbətən daha çox azalır.

Bir qrup alimlər isə bunu “Plasebo effekti” ilə əlaqələndirirlər. Plasebo effekti müalicənin hər hansı bir fizioloji təsirindən daha çox müalicənin işə yaradığına inanmaqdan qaynaqlanır.

2015-ci ildə bir qrup Alman alimləri bunu araşdırmaq üçün həm ənənəvi banka terapiyası ilə həmdə yalançı “Yumşaq bankalama” terapiyası dedikləri yalançı üsulla fibromialgiya adlanan xroniki xəstəlikdən əziyyət çəkənlər üzərində test ediblər. Hər iki üsulda eyni bankalardan istifadə edilib, ancaq yumşaq bankalama üsulunda bankaların baş hissəsində deşik açılıb. Bu zaman vakuum yaranmayacaq və sorma baş verməyəcək. Xəstələrə hər iki üsulla (həm ənənəvi həmdə yumşaq bankalanma) müalicə olunacaqlarını dedilər ancaq yumşaq bankalama üsulunun yalançı üsul olduğunu demədilər.

Xəstələrin çoxu hansı üsulla müalicə olunduqlarını düzgün təxmin etdilər. Hər iki üsulla müalicə alanların ağrılarında eyni azalma müşahidə olundu.

Bütün bunlara baxmayaraq banka terapiyası bəzi insanlar üçün yararlı ola bilər.

Banka terapiyasının zərərli effektləri nadir hallarda olur. Bəzi xəstələr banka terapiyasından sonra əllərində və qollarında uyuşma hissi, banka qoyulan hissədə gərginlik və ya ağrı, yüngül baş ağrısı və yorğunluq olduğunu bildirsələr də bunların heç bir 4 saatdan çox davam etmədi. Bəzi hallarda insanların göyərmiş dəriləri üzərində infeksiya yarana bilər amma bunun da olma ehtimalı çox azdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir