Əsas səhifə / Əsas menu / Xəbər / Barmaq izi ilə cinsiyyəti təyin etmək mümkün olacaq
Bizi mobildən daha sürətli  izləyin

Barmaq izi ilə cinsiyyəti təyin etmək mümkün olacaq

barmaq

Barmaq izi ilə cinsiyyəti təyin etmək mümkün olacaq

Türkiyənin Bartin Universitetində aparılan tədqiqat nəticəsində dünyada ilk dəfə barmaq izi ilə cinsiyyəti təyinetmə sistemi hazırlanıb.

Bartin Universitetinin mühəndislik fakültəsinin kompyuter bölməsində çalışan tədqiqatçı Eyup Burak Ceyhan elmi işinin nəticələrini “TRT Xəbər” saytına açıqlayıb. Bildirib ki, bu elmi işin uğurlu nəticəsi sayəsində, cinayət törətmiş, yaxud da şübhəli bilinən şəxsin tapılması asanlaşacaq. Dünyada ilk olan bu sistem polis və milli təhlükəsizlik orqanlarının işini xeyli yüngülləşdirəcək. Belə ki, haqqında heç bir məlumat əldə olunmayan barmaq sahibinin qadın, yaxud da kişi olduğu təyin ediləcək. Bu sistem 750 insanın barmaq izi ilə sınaqdan keçirilib. Elmi işin inkişaf etdirilməsi üçün Türk Patent İnstitutundan patent də alınıb.


Buna da baxın

Yaşınız qədər qaşıqla düyü götürün… Həyatınızı dəyişdirən prosedur

Whatsapp ilə Paylaş Neçə yaşınız varsa, o qədər qaşıq düyü götürün, üzərinə su tökün… Həyatınızın …