Əsas səhifə / Manşet / Barmaq şaqqıldatmaq ziyanlıdırmı?
Bizi mobildən daha sürətli  izləyin

Barmaq şaqqıldatmaq ziyanlıdırmı?

l

Nəhayət alimlər barmaq şaqqıldatmağın insana zərəri olub olmadığını aydınlaşdırdılar.

ABŞ-ın Deviş ştatında Kliforniya Universitetinin Tibb mərkəzinin alimləri öz qarşılarına məqsəd qoyublar: barmaq şaqqıldatmaq oynaqlara hansı effekti verir, onu araşdırsınlar. Axı bir çoxları elə düşünür ki, bu ziyanlı hərəkətdir.

Bəs əslində oynaqda nə baş verir?

Lori dildə desək, oynaq – ətrafında oynaq mayesi ilə dolu olan torbacıqlı iki sümüyün birləşməsidir. Bu mayenin içində ərimiş halda Oksigen, nitrogen və Karbon-di-oksid qazları olur.

Biz barmaqlarımızı şaqqıldadarkən sümüklər arasında məsafə genişlənir. Yaranan boşluğu doldurmaq üçün oynaq mayesi kifayət eləmir. Bu səbəbdən içəridə təzyiq düşür və qazla dolu köpük yaranır. Bizim eşitdiyimiz səs isə həmin qaz qabarcıqlarının partlamasının səsidir.

Partlayan qabarcıqlar nəticəsində qazlar bu mayeni tərk edir, maye daha da genişlənir və oynaq yerlərinin hərəkət qabiliyyətini artırır. Eyni barmağınızı eyni anda təkrar şaqqıldada bilməzsiniz. Bir müddət gözləməyiniz lazımdır, çünki qaz qabarcıqlarının maye içərisində təkrar meydana gəlməsi bir az vaxt tələb edir.

Radioloq Robert Butin və cərrah Robert Szebo 40 nəfər üzərində apardığı təcrübənin nəticələrini yayımlayıb. İştirakçılardan 10-nu heç vaxt bu işlə məşğul olmur, 30-u isə barmaq şaqqıldatmağı vərdiş halına çevirən şəxslər olur.

Məlum olub ki, şaqqıldatmadan sonra oynaqda onun hərəkət amplitudası genişlənir, idman hərəkəti effekti yaradır. Ehtimal ki, bu oynaq xəstəlikləri üçün yaxşı profilaktikadır, ancaq bu məsələ hələ dərindən araşdırılmalıdır.

Həmiçinin o da məlum olub ki, barmaq şaqqıldatmağı sevənlər, ödem, artrit və digər oynaq xəstəliklərindən əziyyət çəkmir.

Bu hərəkətin müsbətlərinə baxmayaraq, onu da nəzərə almaq lazımdır ki, barmaq şaqqıldatmaq nevroz əlaməti ola bilər.

Bir də barmaq şaqqıldatmağın səsi adətən ətrafdakılara pis təsir edir.

Onu da qeyd edək ki, bir çox insan barmaq şaqqıldatmağın yaşlandıqda əlin – barmaqların titrəməsinə səbəb olacağı haqda səhv məlumata sahibdir.

Buna da baxın

Gilas saplaqları orqanizmi təmizləyir

Whatsapp ilə Paylaş Gilas saplaqları xalq təbabətində müalicəvi vasitə kimi qədim zamanlardan geniş istifadə olunur. …