Əsas səhifə / Əsas menu / Sağlamlıq / Baş ağrısı qəfil ölümə səbəb ola bilər
Bizi mobildən daha sürətli  izləyin

Baş ağrısı qəfil ölümə səbəb ola bilər

bas-agrisi-neden-r

Başağrısı və baş gicəllənməsini çoxları vacib bir xəstəlik hesab etməsə də əslində, onun fəsadları çoxdur. Xəstəliyin mahiyyətinə varmaq, onun başqaldırma səbəblərini öyrənmək mütləqdir. Sadəcə, bir ağrıkəsici dərmanla qarşısını almaq isə daha ağır xəstəliklərə yol aça bilər.

Qadinklubu.com axsam.az-a istinadən xəbər verir ki, müasir dövrdə başağrısından daha çox gənclər əziyyət çəkir.

Baş ağrısı nədir?

Ağrı orqanizmin hissiyyat pozğunluğunun göstəricisidir. Gənclərdə baş ağrıları müxtəlif səbəblərdən olur. Hər şey doğuş zamanı uşağın aldığı travmadant başlayır. Uşaq yetkinlik yaşına çatana kimi müalicə olunmadıqda ağrılar daha da güclənir və ciddi xəstəliklərə yol açır. Ağrı ilə yanaşı xəstədə hövsələsizlik, tez-tez ürəkdöyünmə, həyəcan və yuxu pozğunluğu halları da müşahidə olunur. Xəstənin əlləri tərləyir, buz kimi olur. Bu zaman gənclər ağrıkəsici dərmanlar qəbul etməklə başağrısının qarşısını almağa çalışırlar. Ağrını müvəqqəti kəsmək üçün istifadə olunan bu dərman preparatları insanda daha ciddi xəstəliklər yarada bilər. Xəstə düzgün müayinə olunmalıdır. Çünki beyin toxumasında olan yüngül bir narahatlıq, hüceyrələrin sıxılması nəticəsində insan əlil ola bilər.

Revmatizmanı törədən mikroblar, angina, burun çəpərinin əyriliyi də güclü baş ağrılarına gətirib çıxaran amillərdir. Hazırda gənclərin mobil telefondan çox istifadə etmələri, günün yarıdan çoxunu kompüter qarşısında oturmaları da güclü baş ağrıları əmələ gətirir. Kompüterdən, mobil telefondan həddindən artıq çox istifadə etmək beyində şiş əmələ gətirə bilər.

Xroniki baş ağrıları

Xroniki baş ağrılarının səbəbləri müayinə zamanı müəyyənləşmir. Xəstə güclü ağrıdan əziyyət çəkir. İnsanın iş fəaliyyəti zəifləyir. Xroniki başağrısının səbəbi oksigen çatışmazlığıdır. Bu zaman ozonterapiyadan istifadə olunur. Yəni oksigen süni yolla beyin daxilinə yeridilir. Ümumiyyətlə, xroniki baş ağrılarında əsasən təbii yolla müalicə üsullarından istifadə etmək məsləhətdir. Çünki burada dərmanların heç bir xeyri olmur. Xroniki baş ağrısı həm də irsi ola bilər. Bunun müalicəsi mümkünsüzdür.

Miqren

Güclü baş ağrıları səbəblərindən biri də miqrendir. Miqren zamanı başın bir hissəsində güclü ağrılar olur. Ağrı zamanı hətta xəstə eşitmə, görmə qabiliyyətini də itirə bilər. Miqrenin birdəfəlik müalicəsi yoxdur. Müalicə sadəcə, bir müddət ağrıların dayandırılmasına kömək edə bilər. Miqren müayinəsi yalnız güclü ağrılar zamanı aparıla bilər. Sakit halda xəstəliyi heç cür müəyyən etmək olmaz. Miqren ağrıları zamanı beyin daxilində donma olur, beyinə qan getmir. Belə güclü ağrılar zamanı xəstə qəfildən ölə də bilər.

Baş gicəllənməsi

Nadir hallarda rast gəlinsə də baş gicəllənməsi ciddi səbəblərdən meydana gəlir: qan təzyiqinin qəfildən düşməsindən, ürək xəstəliklərindən, şiddətli hipertoniyadan, infarktdan, aşağı qan təzyiqindən. İndiki gənclərdə baş gicəllənməsi daha çox qırmızı qan azlığından meydana gəlir. Baş gicəllənmənin meydana çıxmasında insanın həyat tərzinin və peşə fəaliyyətinin mühüm rolu var. Məsələn, sürücülər, gərgin zehni fəaliyyətlə məşğul olan insanlar, kompüter arxasında çox oturanlar baş hərlənmələrinə daha çox məruz qalırlar. Baş gicəllənmədən şikayət edən gənclərin hamısında qanazlığı aşkarlanır. Qida rejiminin pozulması da buna səbəb olan amillərdəndir. Gənclərdə həmçinin arterial təzyiqin düşməsi nəticəsində də baş gicəllənməsi aşkarlanır. Yaşlı insanlar 120-130 təzyiqə dözə bilir. Ancaq gənclərdə təzyiq 120-130 olduqda o huşunu itirib, yıxılır. Uşaqlar gün ərzində sağlam qida əvəzinə çipsi, dönər, peçenye yeyirlər. Gündə bir dəfə xörək yeyən uşaqda maddələr mübadiləsi düzgün getmir. Bütün bunlar da beyinin öz fəaliyyətini itirməsinə gətirib çıxarır.

Əgər baş hərlənməsi zamanı xəstədə tərləmə, rəngin dəyişməsi halları olursa, demək buna səbəb isterik nevroz, qalxanabənzər vəzin zobu və ya ürək xəstəliyidir.

Baş hərlənməsi ilə yanaşı qıcolma, əl və ayaqlarda hissiyyatın itməsi kimi əlamətlər meydana çıxarsa, bu, epilepsiyanın əlamətləri deməkdir.

Ümumiyyətlə, baş hərlənməsi bir dəfədən artıq özünü büruzə verərsə, bu zaman nevropatoloq, qulaq – burun – boğaz həkiminə müraciət etmək mütləqdir.

Statistika: Türk dietoloqlarının araşdırmaları nəticəsində məlum olub ki, yeməkdən sonra içilən çay bədəndə dəmir əskikliyinə gətirir. Yeməkdən sonra içilən çay dəmir mikroelementinin orqanizm tərəfindən mənimsənilməsini məhdudlaşdırır. Buna görə də çayı yeməkdən 1 saat sonra içsəniz daha yaxşı olar.

Xalq təbabəti: Başağrısı zamanı…

· 5 – 10 qr. reyhanı 1 fincan qaynanmış suda dəmləyin. Suyunu süzüb, içərisinə ya şəkər tozu, ya da bal qatın. Yeməkdən sonra qəbul edin.

· Bir ədəd yumurtanı çalıb, üzərinə isti süd əlavə edin. Gündə bir dəfə bu qarışıqdan için.

· 20 qram arı şanını 100 qram spirtlə qarışdırıb, gün ərzində çörəyin üstünə bir dəfə 40 damcı töküb, yeyin.

· 5 qram kəklikotunu 0,5 litr suda qaynadıb, 40 dəqiqə dəmləyin. Həftədə 3-4 dəfə, gün ərzində 3 xörək qaşığı qəbul edin.

· Mərzə otundan bir xörək qaşığı götürüb, 0,5 litr qaynanmış suya tökün. Yarım saat qaynadın. Gün ərzində 2-3 dəfə yarım stəkan için.

Buna da baxın

Günvurmanın əlamətləri

Whatsapp ilə PaylaşYay aylarında isti havada günvurma və istivurma halları artır. Günvurma çox ciddi pozulma …